Pomidor dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir.
Lazım olan ərzaqlar Qoyun əti — 163 q. Pomidor — 300 q. Baş soğan — 20 q. Ərinmiş yağ — 20 q. Göyərti (reyhan, keşniş) — 15 q. Darçın — 0,2 q. Qatıq — 50 q. İstiot — 0,1 q. Duz
Hazırlanma qaydası thumb|right|200px|Poçt markası (2005) Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Hazırlanmış pomidora qiymə doldurulur, dayaz qazana yığılır. Üzərinə pomidordan çıxarılmış özəyin yağda qızardılması ilə hazırlanmış sous əlavə edilib öz buğunda bişirilir.
Həmçinin bax Yarpaq dolması Badımcan dolması Bibər dolması
İstinadlar
Kateqoriya:Azərbaycan dolmaları Kateqoriya:Türkiyə dolmaları Dolma Kateqoriya:Ət xörəkləri Kateqoriya:Tərəvəz xörəkləri Kateqoriya:Məzələr Kateqoriya:Argentina mətbəxi Kateqoriya:Fransa mətbəxi Kateqoriya:İtaliya mətbəxi