Hamqyon-Pukto () — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları Kilcu və Myonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir.
Coğrafiya Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromu və Hveryon konsentrasiya düşərgəsi yerləşir. 2004-cü ildə Rason şəhəri vilayətin tərkibinə yenidən girmişdir. 2010-cu ildən bəri Rason şəhəri KXDR-ın birbaşa idarə olunan şəhərlərindən biridir.
Cənubi Koreyada yaşayan Şimali Koreya fərarilərin əksəriyyəti Hamqyon-Pukto vilayətindən gəlir. Buna görə də, vilayət və onun əhalisi Şimali Koreyanın ən yaxşı araşdırılmış mövzularından biridir.
İnzibati bölgüsü Hamqyon-Pukto 3 şəhərə və 12 qəzaya bölünmüşdür. Daha sonra bunlar şəhərdən xaric olan ərazilərdə kəndlərə, şəhərdaxili ərazilərdə isə məhəllələrə bölünmüşdür.
Şəhərlər Çxoncin (, inzibati mərkəz) Hveryon () Kimçxek ()
Qəzalar Hvason () Kilcu () Kyonson () Musan () Myonçxon () Onson () Oran () Puryon () Kyonvon () Indok () Yonsa ()
Həmçinin bax Çxoncin Hveryon Kimçxek
İstinadlar
Kateqoriya:Şimali Koreya vilayətləri