() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Kubadır, Amerika Birləşmiş Ştatlarının subtropik, cənub-şərqindən, cənubi Virciniyadan Texasa qədər yayılmışdır. Bitki ilk dəfə botanik Filip Miller tərəfindən təsvir edilmişdir. Bu bitki Florida gülü, bataqlıq gülü, Karolina gülü və ya su gülü kimi məşhurdur.
Botaniki xarakteristikası Hündürlüyü təxminən 4,0 m olan kiçik ağacdır. Yarpaqları mürəkkəb, üzbəüz, uzun, 7-12 ədəd, yumurtavari-uzunsov, iri, kənarları dişli və ya bütöv, uzunluğu 3-6 sm, eni 2-3 sm-dir. Yarpaqları tünd yaşıl, alt tərəfi bir az tükcüklüdür. Meyvələri çox vaxt 3 qanadlı, toxumları hamar, hissəli, bəzən parlaq, bənövşəyi rənglidir. Qabığı açıq boz, nazik, pulcuqludur. Sarı (erkək) və yaşıl (dişi) çiçəkləri olur. Çox miqdarda tozcuq əmələ gətirir. Erkən yazda çiçəkləyir. Meyvələrin uzunluğu 5 sm-ə qədər olur, ellipsvari, toxumları 1 qanadlıdır (bəzən 3). Toxumu sarı, meyvələri yay-payız arası olan dövrdə yetişir.
Ekologiyası Bataqlıqların ətrafında, subtropik düzənliklərdə, nəmişli torpaqlarda, çayların sahillərində, yarımkölgəli ərazilərdə yaxşı bitir. Oduncağın külü güclü allergendir.
Azərbaycanda yayılması Gəncə və Qəbələdə mədəni şəraitdə becərilir.
İstifadəsi Oduncağı yumşaqdır, gövdəsindən müxtəlif alətlər, ox və yaylar hazırlayırlar. Ağacın kiçik və orta ölçüləri, enli çətiri, parlaq və mürəkkəb yarpaqları bitkiyə dekorativ görünüş verir. Qabığı təbabətdə istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar
