() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır.

Botaniki xarakteristikası İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır. Çiçəkləri ağ-bənövşəyi və ya ağ rəngli, qoxuludur. Çiçək tacının borucuğu silindrik və ya zəif qıfvari formalıdır, uzunluğu təxminən 1 sm-dir. Meyvəsi künclərində çox ensiz qanadlı, diametri 0,3 sm, tünd narıncı, yuxarı hissəsi küt və ya bəzən iti, dörd hissəli qutucuqdur. Çiçəkləməsi mayda başlayır və iyunadək davam edir. Toxumu iyul-avqustda yetişir.

Ekologiyası Quraqlığa, soyuğa davamlıdır. Rütubətli, humuslu, gilli torpaqlara üstünlük verir.

Azərbaycanda yayılması Mədəni səraitdə bir çox rayonlarda becərilir.

İstifadəsi Tək, qrup, mürəkkəb əkinlərdə, canlı hasarların salınmasında istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ kollar Kateqoriya:İran florası Kateqoriya:Bitki hibridləri