Təbii yayılması: Türkiyədə təsvir edilmişdir.

Botaniki təsviri: 2,5-5 sm hündürlüyündə olan alçaqboylu kolcuqdur. Yarpaqları xırda, dairəvi, qalın, oturaq, pərdəvari yarpaqaltlığı tünd yaşıl, ətli, dərivari, neştərvarı-xətvarı və ya xətvari, uzunluğu 1,5-4 sm, eni 1,5-3 mm-dir. Çiçəkləri buğumları olan qısa çiçək saplağında yerləşməklə iki-iki və ya üç-üç, ağ pərdəvari yarpaqaltlığı qoltuqdan çıxır və dalğavari oxa malik olan sünbülvarı salxım əmələ gətirir. Çiçəkyanlığı bəsit, tökülməyən, 4-5 bölümlü, 2 xarici hissəsi xırda, meyvələrdə aşağı qatlanır, daxili hissələri isə daha iridir. Erkək çiçəkləri 6 və ya 8, qaidə hissələri bitişərək vəzili halqa əmələ gətirir. Yumurtalığı üst, biryuvalı, birtoxumlu, mərcivari, basıq və ya üçtilli, sərbəst və ya qaidə hissələri bitişik olan, 2-3 qısa başcıqvari, dişicik ağızlıdır. Çiçəkyanlığı ağ, çəhrayı-qırmızı və ya çəhrayı rəngli, sonralar kənarları qonurlaşır. Fındıqcığı üçtilli, tilləri küt, şişuclu, çılpaq, qara və ya boz, hamar və parlaqdır. Aprel-may aylarında çiçəkləyir. Meyvəsi oturan, mərciyəoxşar qanadlı fındıqcıq və ya üçtilli qanadsız, may-avqust aylarda yetişir.

Ekologiyası: Quraqlığa və istiyə davamlı, daşlı torpaqlarda daha yaxşı bitir.

Azərbaycanda yayılması: Naxçıvanın (Ordubad, Yuxarı Aza, Üç-Darangə) aşağı dağ qurşağında, qayalıqlarda, gilli-daşlı yamaclarında bitir.

İstifadəsi: Dekorativ bitkidir, alçaqboy çəpərlərin salınmasında, daşlı sahələrin yaşıllaşdırılmasında istifadəsi mümkündür.

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. İstinad Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh

Kateqoriya:Dəvəqıran Kateqoriya:Kollar