() — fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Cənubi Qafqaz, Cənub-Qərbi Asiya, Türkiyənin şimal-şərqində geniş yayılmışdır.
Botaniki təsviri 25 sm diametrində, sıx yastığa bənzər kolcuqdur. Yarpaqları 2-3 sm uzunluqda, 1 mm enində olub, sərt, bizvari, çılpaq, aşağı tərəfdən kənarları boyunca seyrək və qısa kirpikcikli, çox hallarda bənövşəyi ucluqludur. Çiçək saplaqları sadə, kövrək və kələ-kötür olub, təxminən 15 sm uzunluqda və ya çox hallarda yarpaqlardan hündürdür. Sünbülcüklərin uzunluğu 10-11 mm olub, kifayət qədər uzunsünbül çiçək qrupunda toplanmışlar. Çiçəkaltlığı çılpaqdır. Xarici çiçəkaltlığı 7-9 mm uzunluqda olub, daxili çiçəkaltlığından uzun, nadir hallarda isə ona bərabər olur. Xarici çiçəkaltlığı adətən kasacığın uzunluğunun yarısına bərabər, uzunsov-neştərşəkilli, əsasından başlayaraq tədricən itiləşir, nadir hallarda isə ikiyə bölünmüş ucluqla qurtarır. Daxili çiçəkaltlıqları kasacığın borucuğundan uzun və yuxarı tərəfdən kütvari itiləşmiş, qısa ucluğa malikdir. Kasacığın uzunluğu 10-11 mm-dir. Kasacığın borucuğu 6-7 mm uzunluqda olub, sıxılmış tükcüklüdür. Kasacığın büküyü 4 mm enindədir. Ləçəkləri çəhrayı və bir qədər kasacıqdan hündürə qalxır. May (iyun) ayında çiçəkləyir, iyulda toxumları yetişir.
Ekologiyası Kserofitdir. Aşağı və orta dağlıq qurşaqlarda 800-1500 (1700) m hündürlüklərdə dağ bozqırlarında və friqanoid bitkiliyində rast gəlinir. İran-Turan coğrafi elementinə daxildir.
Azərbaycanda yayılması Ordubadda daşlı-çınqıllı yamaclarda və əhəngli torpaqlarda yayılmışdır.
İstifadəsi Dağlıq sahələrin bərkidilməsində və quraqlıq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.
Ədəbiyyat Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
Kateqoriya:Tıs-tıs Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər