— Yaponiyada imperator Mommunun (701–704) hakimiyyəti dövrünün rəsmi devizi olan "tayho" dövründə, 701-ci ildə qəbul edilmiş feodal hüquq kodeksi. Bu sənəd Tayka islahatlarının nəticələrini ümumiləşdirir və qanunvericilik şəklində möhkəmləndirirdi.
Əsas müddəalar Tayho qanunlar məcəlləsi 30 bölmədən ibarət idi. Onun məqsədi torpaq bölgüsü və vergi sistemini, məmurların hüquq və vəzifələrini, dövlət aparatının strukturunu, aristokratiya ilə kəndlilər arasındakı münasibətləri, eləcə də müxtəlif kateqoriyalardan olan qulların hüquqi vəziyyətini dəqiq müəyyənləşdirməkdən ibarət idi.Конрад Н. И. «Япония. Народ и государство», Петроград 1923
Ən mühüm qanunlar toplusu 9-cu bölmədə yer almışdı və bu bölmə torpaq bölgüsü sisteminə həsr olunmuşdu. Taihoryoya əsasən, bütün torpaqlar dövlət mülkiyyəti hesab edilirdi və kəndlilərə müəyyən müddətlik istifadə üçün verilirdi. Sadə şəxsi pay torpaqları (kubunden) ailənin üzvlərinin sayına uyğun olaraq ayrılırdı. Torpaq payının miqdarı yerin keyfiyyətindən, bölgənin şəraitindən, torpaq sahibinin sosial mənsubiyyətindən və cinsindən asılı idi. Məsələn, azad kişi və dövlət qulu 2 tan (1 tan = 0,12 ha), azad qadın bu normanın 2/3 hissəsini, şəxsi qul isə 1/3 hissəsini alırdı. Torpaqdan istifadəyə görə kəndlilər dənlərlə ödənilən vergi verməli idilər. Bundan əlavə, hər bir ailəyə daimi istifadə üçün həyətyanı və bağ sahəsi ayrılırdı. Bu torpaqlar, əkin yerlərindən fərqli olaraq, girov qoyula və ya icarəyə verilə bilərdi.Эйдус Х. Т. «История Японии с древнейших времён до наших дней», Москва 1968
Hakim təbəqəyə daxil olan şəxslərə xüsusi imtiyazlı torpaq payları verilirdi. Xidmət müddətinə görə ayrılan vəzifə torpaqları (şokubuden) 6 tandan 40 çoya (1 ço = 1,2 ha) qədər dəyişirdi. Həmçinin ömürlük istifadə üçün verilən rütbə torpaqları (iden) 8-dən 80 çöyə qədər idi. Xidmətlərinə görə verilən mükafat torpaqları (koden) və imperator fərmanı ilə bağışlanan şəxsi torpaqların (şiden) ölçüsü qanunla müəyyən edilmirdi və adətən 1–3 nəsil ərzində saxlanıla bilirdi.Sansom G. «A history of Japan to 1334», London 1958
Bundan əlavə, zadəgan ailələrinin nümayəndələri beş kateqoriyadan ibarət "qida payı" (fuko), yəni onlara tabe kəndli və ailələrin təminatı, həmçinin iki kateqoriyadan ibarət "mövsümi pay" sistemi üzrə ildə iki dəfə təbii məhsul formasında təqaüd alırdılar.Mazeliere A. R. de la «Le Japon.Histoire et civilisation», v.1-8, Paris 1907-23.
İstinadlar
Kateqoriya:Yaponiyada hüquq Kateqoriya:VIII əsrdə Yaponiya Kateqoriya:Asuka dövrü