Sarı qız — türk və monqol inanclarında mifoloji surətTahir Nəsib. Sarı qızdan Sarı gəlinə... “Sarı gəlin” mahnısı ilə bağlı araşdırma. (1-ci yazı) anl.az, "Xalq Cəbhəsi" qəzeti, 15 iyul 2017, səh. 14. .
Surəti Sarı qız surəti bütün türk xalqlarının mifologiyasında, inanclarında yeri olan hami ruhlardandır.
Başlanğıcını qədim türk inanclarından götürmüş Sarı qız türk və monqol mifologiyalarında ortaq inaclardan gələn qədim köklü surətdir. Həmin surətin adına kumandin ovçuluq əfsanələrində "Taqnınq ezi Sarı kıs" () şəklində rast gəlinir. Təbiətin gizlin güclərindən olan bir mifoliji varlıq kimi o, Anadoludan başlayaraq Qafqaz, Türküstan, Altay bölgələrinə yayılmışdır. Qazax, qırğız və başqırdlarda "Sarı qız" surətində ruhun varlığına inanılmışdır.
Dağ əyəsi, ruhu olan Sarı qızla türk mifoloji surətlərindən pərilərin – gözəgörünməz gözəl qızların əsasən dağlarda yaşamaları arasında mifoloji görüş cəhətdən birlik olması hesab olunur.
Tədqiqi Sarı qızın daşıdığı əsas xüsisiyyətlər tanınmış türk folklorşünası Cəlal Bəydili tərəfindən ensiklopedik səviyyədə araşdırılıb.
Bəha Səid bəy 1926-cı ildə çap olunmuş "Türk yurdu" dərgisindəki yazısında Anadoluda Sarı qız əfsanəsinə uyğunlaşmış xalq oyunu haqda məlumat vermişdir. O, həmin mövzunun süjetinin "Çin türkləri ilə monqolların məzhəti olan Lama məzhəbi buddizmdən" gəldiyini və buradan İsmaili etiqadına keçdiyini göstərmışdir. Bəha Səid bəy həmin yazısında Sarı qızla "türklərin milli tipi olan Alanqova" arasında da paralellər aparmışdır.
Təsirləri Sarı qız surəti Anadolu taxtacı türkmənləri arasında çox sayda əfsanələrin yaranmasına səbəb olmuşdur. Türkmənlərin inancına görə onun qəbri Qaz dağının zirvəsində yerləşir.
Sarı qızın meşənin əyəsi, qoruyucu ruhu olmasına inanılır.
Anadoluda, Afyonqarahisarda, Mudurnunun Gəncək kəndi yxınlığında Sarı qız adlı qaya, Təkirdağda Sarı qız adlı pir var ki, onlar yerli xalqın sitayiş yerləridir.
Qafqaz türklərindən olan noqayların inanclarında da Sarı qız mifoloji surəti özünəməxsus xüsusi yer tutur.
Özbəklərin inanclarına görə isə, kimə Sarı qız toxunarsa, həmin adam əsl şaman olar.
Orta Asiya türklərinin ənənəvi inanclarında Sarı qız dağ ruhu olduğu qədər yarğanların, suya yaxın yerlərin əyələri sayılır.
Şamanlar onlara vergi verilməsini birbaşa Sarı qızın ruhuyla bağlayırlar.
Sibir tatarlarının inanclarında bu mifoloji surət Sarıçaç () adlanır.
Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"də sevənin üsyanı, yanğısı, ümidsiz çırpınışı, sevilənə qovuşa bilməməsi Sarı qızdan gələn toxunulmazlıqla əlaqəlidirTahir Nəsib. Sarı qızdan Sarı gəlinə... “Sarı gəlin” mahnısı ilə bağlı araşdırma. (3-cü yazı) anl.az, "Xalq Cəbhəsi" qəzeti, 19 iyul 2017, səh. 14. . Düşünülür ki, qadın mənşəli hami ruhlar cəhətdən eyni nkişaf mərhələləri "Ak Ana", "Umay", "Sarı qız", "Sarı gəlin" ardıcıllığında davam edibTahir Nəsib. Sarı qızdan Sarı gəlinə... “Sarı gəlin” mahnısı ilə bağlı araşdırma. (2-ci yazı) anl.az, "Xalq Cəbhəsi" qəzeti, 18 iyul 2017, səh. 14. .
Həmçinin bax Sarı gəlin Alanqova Ağ Ana Umay
İstinadlar
Kateqoriya:Türk mifologiyası Kateqoriya:Monqol mifologiyası Kateqoriya:Başqırd mifologiyası Kateqoriya:Şamanizm