Qrız — Azərbaycan Respublikasının Quba rayonunun Əlik kənd inzibati ərazi dairəsində kənd.
Adı "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız–Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Tarixi Yazılı mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə rast gəlinir. XVIII əsrdə Qrız Şeyxəli xanın Rusiya imperiyasına qarşı apardığı mübarizədə onun mərkəzi iqamətgahı olmuşdur. Kəndin ərazisində bir qədim dağılmış məscid var. Bəzi məlumatlara görə bu məscid Abbasi Xilafətinin banisi Abbasın məşhur sərkərdəsi Əbu Müslim Əl Xorasani tərəfindən təxminən VIII əsrdə inşa edilib. Məscid Əbu Müslimin adını daşıyır. Eyniadlı məsciddən yaxınlıqdakı Xınalıq və Cek kəndlərində də var. thumb|right|Xınalıq mahalı
Toponimikası Qrız oyk., sada. Baş Qafqaz silsiləsinin yamacındadır. Qnz etnooykonimdir. Dağıstan dillərinin ləzgi qrupunun Şahdağ yarımqrupuna məxsus dildə danışan qrızların əsas kəndidir. Yerli Qərəz adından təhrifdir. Qafqazdilli buduqların içərisində Qərəd adlanır. Bütün hallarda oykonim (Qərəz, Qərəd Qnzlılar özlərini qər adlandırırlar. Mənşəcə ehtimal ki, Albaniyanın (Qafqaz) şm.-q.-ində qəd. Qrızlılər Xaçmaz rayonunda kompat halında yaşayırlar.
Əhalisi Qrız kəndində hazırda 30–40 ev var. Kəndin əhalisi 368 nəfərdir. Yerli əhalinin bildirdiyinə görə vaxtilə burda 777 ev (bu evlər daş birmərtəbəli evlər olub, tavanı hamar və torpaqla örtülü olurdu) olub və orada 8000-ə yaxın əhali yaşayıb. Lakin onlar bir sıra amillərin təsiri altında miqrasiya etmişlər. Əhali əsasən heyvandarlıqla və dəmyə əkinçiliyi ilə məşğul olur. Xalça və palaz toxunması kimi sənətlər inkişaf etmişdi. Bundan başqa Qrızda vaxtilə yəhudilər də yaşamışlar, onları bura Fətəli xan köçürmüşdu. Bu gün də kənddə yəhudi qəbirstanlığı mövcuddur. Kənddə əhalisini qrızlar təşkil edir. Qrız kəndi qrızların mərkəzi iqamətgahıdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 390 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Coğrafiyası thumb|250px|Qrız kəndinin qarlı dağları Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2000–2050 m yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara və çay var. Kəndin yaxınlığında Bab bəy – Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal türbəsi kimi müqəddəs yerlər var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir. Bundan başqa kənddə o qədər də yaxşı vəziyyətdə olmayan məktəb, bələdiyyə binası və yeni məscid var. Kəndə gedən yol yoxdur. Digər dağ kəndlərinə (Qrızdəhnə, Əlik, Cek, Haput) nisbətən Qrıza getmək daha çətindir.
Təhsili Qrız kəndindəki məktəb 9 illikdir.Azərbaycandakı bu məktəbdə heç kim işləmək istəmir – FOTO . azadliq.info, 13.04.2016 Qəzalı vəziyyətdə olan binası 1936-cı ildə tikilib. Həmin bina Sovet vaxtında sovxozun mədəniyyət binası olub, sonradan məktəbə verilib.
Turizm Kənd ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15–20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var.Azərbaycanda dağ turizmi: imkanlar və perspektivlər. 01.11.2013.
Şəkillər
Ədəbiyyat "IRS" Jurnalı — ГРЫЗЫ – ОТГОЛОСКИ ЭТНИЧЕСКОЙ ИСТОРИИ АЗЕРБАЙДЖАНА Mustafazadə Tofiq – Quba Xanlığı John M. Clifton, Janfer Mak, Gabriela Deckinga, Laura Lucht, and Calvin Tiessen – The Sociolinguistic Situation of the Kryz in Azerbaijan (SIL International 2005) "Qrız" adlı xalça "Qrız" xovlu xalça, XVIII əsr Musavat – Əfqan Muxtarlı – Qrız haqqında Şahmurad Qrızlı (Rəşidov). Qrız və Qrızlılar. Bakı: Azərnəşr, 1996 Şıxbala Qrızlı (Süleymanov). Qrızlar və Qrız dili. Bakı: 2002 "İbrahim Qrızi haqqında nə bilirik?". "Azərbaycan", 1999, 17 avqust. Н.Зейдлиц – "Списки населенных мест Российской Империи по Кавказскому краю" Ш.М.Саадиев . "Лингвистический энциклопедический словарь. Крызский язык." Б.Б.Талибов . "Языки Российской федерации и соседних государств. Том. II. Крызский язык." Хидиров В.С. Глагол в крызском языке. Баку, 2007. 386 с. БСЭ, издание 2_е, том 23, стр 535. Народы Кавказа, т. 2, М., 1962.
Həmçinin bax İbrahim Qrızi
Xarici keçidlər
Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri