Hadisələr Şimali Koreya hərbi qüvvələrinin 38-ci paraleldən Cənuba daxil olması. Alabaşlı- Quşçu körpüsü dəmiryolu xəttinin çəkilməsi.

Doğumlar 21 yanvar – Zəlimxan Yaqub – Azərbaycanın xalq şairi. 31 yanvar – Akif Hüseynov — texniki elmlər doktoru, professor. 6 fevral — Ağaxan Abdullayev, Azərbaycan xanəndəsi. 28 may – Akif Abbasov, pedaqoji elmlər doktoru, professor. 1 iyun – Tanilə Əhmərova – Azərbaycan kino aktrisası. 26 avqust – Əminə Babayeva – Azərbaycan teatr-kino aktrisası. 14 avqust — Mehman Musayev, professor. 1 sentyabr – Mirdaməd Sadıqov - İqtisad elmləri doktoru, professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2013-cü ildən). 21 sentyabr — Bill Mürrey, amerika akyoru 11 oktyabr — Əli Abasov — Azərbaycan filosofu, fəlsəfə üzrə elmlər doktoru (1998), professor (2007). 12 oktyabr – Çen Şuybyan, Tayvanın eks-prezidenti. 15 noyabr — Mak Uilkins, 1976-cı il amerika olimpiya çempionu, diski ilk dəfə 70 metrdən uzağa tullaya bilib. 8 dekabr — Fazil Abbasov — Azərbaycan kardiocərrahı, tibb elmlər doktoru (1990). 26 dekabr – Nuriyyə Əhmədova – Azərbaycan kino aktrisası.

Ölümlər 1 may – Məmməd Səid Ordubadi, nasir, yazıçı, tərcüməçi.