Mübariz Əkbərov — Azərbaycan Respublikasının Əməkdar Rəssamı.
Həyatı Əkbərov Mübariz Səməd oğlu 1955-ci il aprel ayının 2-də Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Gəncə şəhəri Rəssamlıq Məktəbini, 1975-ci ildə isə Gəncə şəhər pedaqoji texnikumunun rəssamlıq fakültəsini bitirmişdir. 1980-ci ildə M.Əliyev adına İncəsənət İnstitutunun Rəssamlıq fakultəsinə daxil olmuş, 1985-ci ildə bitirmişdir. Mübariz Əkbərov 30 ildən çoxdur ki filiqran işləmələri ilə məşğuldur və o, Danimarka, İngiltərə, Almaniya, Fransa, Türkiyə və Rusiyada təşkil olunmuş bir sıra beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, yaratmış olduğu əsərlər bir sıra müzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ailəlidir, 2 övladı, 2 nəvəsi var.
Sərgiləri 1995-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2001-ci ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2003-cü ildə Bakı şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 2004-cü ildə Gəncə şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2005-ci ildə Bakı şəhərində fərdi sərgisi təşkil olunmuşdur 2006-cı ildə Gəncə şəhərinin 2500 illiyinə həsr olunmuş fərdi sərgisi təşkil olunmuşdur 2007-cü ildə Şəki şəhərində "Sənət İnciləri" adlı fərdi sərgisi təşkil olunmuşdur 13-21 fevral 2010-cu il tarixində Londonda Viktoriya Və Albert müzeyində keçirilən Azərbaycan Mədəniyyəti günləri çərçivəsində 22 əl işindən ibarət sərgisi təşkil olunmuşdur 2011-ci ildə Fransanın Dijon şəhərində əl işlərinin fotosərgisi təşkil olunmuşdur 2-12 iyun 2016-cı il tarixində Bakı şəhəri, Azərbaycan Xalça Müzeyində 1-ci Beynəlxalq Türk Dünyasının Ortaq Dili-Naxışlar simpoziumu çərçivəsində Metalda Həkk Edilmiş Gözəllik adlı fərdi sərgisi təşkil olunmuşdur 28 noyabr 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Gəncəli sənətkarın gözəllik dünyası” sərgisinin açılışı olub.
Mükafatları 1993-cü ildə Bakı şəhərində təşkil olunmuş "Azərbaycan Folkloru" müsabiqə sərgisində 2-ci dərəcəlidiploma layiq görülmüşdür 1996-cı ildə Bakı şəhərində təşkil olunmuş "Dekorativ Tətbiqi Sənət" üzrə müsabiqə sərgisinin laureatı və qalibi olmuşdur 1999-cu ildə "Dədə Qorqud-1300" müsabiqə sərgisinin laureatı və qalibi olmuşdur 10 oktyabr 2008-ci ildə Bakı şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş "Rəngkarlıq və Tətbiqi İncəsənət" müsabiqə sərgisinin qalibi olmuşdur
İstinadlar Əməkdar rəssam Mübariz Əkbərovun metalişləmə sənəti nümunələrindən ibarət sərgisi açılıb Azərbaycanlı sənətkarın yaradıcılıq nümunələri dünya muzeylərini bəzəyir Bir əsrdən sonra yenidən qayıdan sənət Gəncədə qədim sənəti yaşadan usta Bakıda “I Beynəlxalq türk dünyasının ortaq dili - naxışlar” adlı simpozium keçirilib Gəncədə qədim sənəti yaşadan usta Əsərləri Abdulla Gülə, Leonid Kuçmaya bağışlanan usta-rəssamla MÜSAHİBƏ «Передай, что я Гянджу на Лондон никогда не променяю»
Xarici keçidlər Mübariz Əkbərovun rəsmi səhifəsi
Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları