Yağlakar sülaləsi (Göytürkcə: 13x13px13x13px13x13px13x13px13x13px, ) — Uyğur xaqanlığını idarə etmiş əsas sülalə və klan. Uyğur xaqanlığındakı 9 əsas qrupdan biri idi.

İlk hakimləri Yağlakarların bilinən ilk hakimləri Tan tarixi kitablarında qeyd olunub.《旧唐书·回纥传》《新唐书·回鹘传》 İltəbər Tecian (特健) İltəbər Pusa (菩萨, ö.629) — onun dövründə Uyğurlar Seyanto ilə birlikdə Şərqi Göytürk xaqanlığına hücuma keçmişdilər. İltəbər Tumidu (吐迷度, 629–648) — o atasından fərqli olaraq Seyantoya qarşı çinlilərlə ittifaq bağlamışdı.648-ci ildə qardaşıoğlu Vuhe tərəfindən öldürüldü. İltəbər Vuhe (乌纥) — 648-ci ildə əmisini devirərək taxta çıxmışdı. Çebi xaqanın kürəkəni idi. Elə həmin il də çinlilər tərəfindən devrildi. İltəbər Porun (婆闰) — 17 noyabr 648-ci ildə hakimiyyətə gəldi. Tumidunun oğlu idi. Koreyanın işğalında çinlilərə kömək etmişdi. 662-ci ildə vəfat etdi. İltəbər Bisudu (比粟毒) — 662-ci ildə taxta çıxmışdı. Porunun qardaşıoğlu idi. Çinlilərə üsyan etmişdi. Puqu və Tonqlu qəbilələri ilə ittifaq bağlamışdı. İltəbər Tuceçi (独解支) — Bisudunun oğlu idi. 715-ci iləcən hökm sürmüşdür. İltəbər Fudifu (伏帝匐) — Tuceçinin oğlu idi. İltəbər Çenqsonq (承宗) — Fudifunun oğlu idi. 727-ci ildə hakimiyyəti bitmişdi. Sürgün edilmişdi. İltəbər Fudinan (伏帝難) — Çenqsonqun oğlu idi. Atası ilə sürgün olunmuşdu. Yağlakar Huşu (護輸) — Çenqsonqun qardaşıoğlu idi. Əmisinin intiqamını almaq üçün çinlilərə dəfələrlə hücum etmiş, 727-ci ildə çinli general Vanq Cünçounu öldürmüşdü.

Xaqanları Qutluq Bilgə Kül xaqan — Huşunun oğlu idi. Göytürk xaqanlığına son vermişdi. Bayan Çur xaqan İdigən Bögü xaqan Tun Bağa Tarxan Külüg Bilgə xaqan Ur Çor xaqan — varis qoymadan ölmüşdür. Yağlakar sülaləsinin sonu gəlmişdi.

İstinadlar

Kateqoriya:Uyğur xaqanlığı Kateqoriya:Türk sülalələri Kateqoriya:Atlı xalqlar