Kernqorms Milli Parkı— (, ) Şotlandiyanın cənubunda, Qrampian dağlarının şimal yamacında yerləşir.
thumb|right|Di çayı
Yaranma tarixi və məqsədi Kerngorms qoruğu 1954-cü ildə təbii halda bitən çinar ağaclarının qorunması məqsədi ilə yaradılmışdır. Ərazisi 4.528 km² təşkil edir. 2003-cü ildə Milli Park səviyəsinə çatmışdır. 2010-cu ildə isə Pert-end-Kinross əyalətinin ərazisinin bir hissəsi parkın ərazisinə daxil edilmişdir.
Parkın əhatə etdiyi ərazilər Parkın ərazisi Şotlandiya torpaqlarının cəmi 10%-ni təşkil edir. Əsasən dağlıq olan ərazini Abendirşır, Anqus, Mori, Haylend və Pert-end-Kinross bölgələrinin torpaqlarında yerləşir. Burada Böyük Britaniyanın 5 ən hündür zirvəsindən 4-ü yerləşir. Bunlar: Ben-Makdui (1309 m.), Kern-Qorm ( 1244 m.), Cairn Toul (1291 m.), Braeriach (1296 m.).
Flora və faunası Parkın ərazisində İngiltərədə mövcud olan ən böyük təbii meşələr yerləşir.Burada şam, ardıc, əsməqovaq, söyüd, tozağacı, qızılağac, quşarmudu aspen ağacları təbii halda bitir.Qoruğun ərazisində əsasən meşə heyvanları yaşayır. Bunlar dovşan, Avropa cüyürü, nəcib maral, meşə pişiyi. Çay qaraquşu, şahin, tetra, berqut parkın ornitofaunasını təmsil edr. Çay qaraquşunun sayı bu ərazilərdə az olduğuna görə nadir növlərdən hesab edilir.
İstinadlar
Xarici keçidlər Kernqorms qoruğu Kerngoms qoruğu Şotlandiya. Kernqorms Milli Parkı Kernqorms Milli Parkı
Kateqoriya:Birləşmiş Krallıq milli parkları Kateqoriya:Birləşmiş Krallığın görməli yerləri Kateqoriya:2003-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ V