German Andreyeviç Mqaloblişvili (; ) — sovet və gürcü siyasətçisi, 1931–1937-ci illər ərzində Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri olmuşdur.
1921-ci ildən RK(b)P-nin üzvü olmuşdur, 1920-ci illərin ikinci yarısında Gürcüstan SSR maliyyə xalq komissarı idi.
1930-cu il noyabrın 20-dən 1931-ci il oktyabrın 13-dək Gürcüstan Kommunist Partiyasının (bolşeviklərin) MK siyasi bürosunun üzvlüyünə namizəd idi.
1931-ci ilin sentyabrın 22-dən 1937-ci ilin iyulunadək Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri vəzifəsində çalışmışdır.
Daha sonra həbs edilərək 1937-ci ildə ya vəfat etmişdir yada qətlə yetirilmişdir.
Xarici keçidlər http://www.knowbysight.info/MMM/00367.asp
Kateqoriya:Gürcüstan SSR Xalq Komissarları Sovetinin sədrləri Kateqoriya:SSRİ-də güllələnənlər