Mil Moskva Helikopter Zavodu () baş qərargahı Moskva vilayətinin Tomilino bölgəsində yerləşən helikopter dizaynı və istehsalı ilə məşğul olan şirkətdir. Şirkət adını Sovet mühəndisi Mixail Mildən alır.

Tarixi 1947-ci ildə Moskva vilayətinin Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamik İnstitutunun helikopter laboratoriyasında Mixail Milin rəhbərliyi altında "Mil" şirkətinin əsası qoyulmuşdur.

Bu şirkət tərəfindən dizayn olunmuş Mil Mi-1 genişmiqyaslı şəkildə istehsal olunmuş ilk Sovet helikopteri olmuşdur. 1960-cı illərin əvvəllərində dizayn olunmuş həm hərbi, həm də mülki məqsədlər üçün uğurla istifadə olunan Mi-8 helikopteri isə hələ də dünyada ən çox istismar olunan helikopterlərdən biri hesab olunur.

2006-cı ildə Mil şirkəti özü kimi helikopter istehsalı ilə məşğul olan Kamov və Rostvertol şirkətləri ilə birləşdi nəticədə "Rusiya Helikopterləri"nin əsası qoyuldu.

İstehsalat Mil Moskva Helikopter Zavodu fəaliyyətə başladığı müddətdən indiyə qədər 15-dən çox baza modeli və 200-dən çox helikopter modifikasiyası istehsalı həyata keçirmişdir. 2017-ci ilə olan məlumata əsasən istehsal olunan helikopterlərdən bəziləri aşağıdakılardır: Mil Mi-1 Mil Mi-2 Mil Mi-4 Mil Mi-6 Mil V-7 Mil Mi-8 Mil Mi-10 Mil Mi-12 Mil Mi-14 Mil Mi-24 Mil Mi-26 Mil Mi-28 Mil Mi-34 Mil Mi-38

Həmçinin bax Mixail Mil Helikopter

İstinadlar

Xarici keçidlər

Сайт вертолётов МИ LTd «Helitage» Московский вертолётный завод имени М. Л. Миля. Издательство «Вертолёт» Московский вертолётный завод имени М. Л. Миля. Авиация: Энциклопедия. — М.: Большая Российская Энциклопедия. Главный редактор Г. П. Свищев. 1994

Kateqoriya:1947-ci ildə yarananlar Kateqoriya:Rusiya brendləri