Alcer adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın ən hündür nöqtəsi 429 metr olun cənub-qərbdə yerləşir. Rixthofen dağıda adanın cənub-qərbindədir (409 m). Şimal-şərqdə isə digər bir zirvə vardır (361). Adanın ancaq cənub-şərq hissəsi buzdan azaddır. Burada yerləşən yeganə göl onun mərkəzindədir. Sahillərini Barens dənizinin suları yuyur. Ada Qorasiyo Alcerin şərəfinə adlandırılmışdır.

Yerləşməsi Ada qərbdən Sidorov boğazı ilə Brays adasından ayrılır. Ploqiy burnu adanın cənubunda yerləşir. Burundan bir qədər aralıda Mak-Klintok adası yerləşir.

Yaxınlığında yerləşən adalar Kiçiklər Matilda adası Böyüklər Brays adası Breydi adası Mak-Klintok adası Nyukomb adası

Şəkilləri Alcer adası — www.panoramio.com Alcer adası — www.panoramio.com

Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları