Robert Emerson Landsburq (; d. 13 noyabr 1931, Sietl - ö. 18 may 1980, Skameyniya) – 1980-ci ildə Sent-Helens vulkanının püskürməsi zamanı ölmüş ABŞ fotoqrafı.Staff report (January 1981). Robert Landsburg's brave final shots. National GeographicAssociated Press (June 5, 1980). Another body found in volcano area.Associated Press (June 6, 1980). Red tape battled. St. Helens sedate. The Spokesman-Review

Haqqında thumb|left|180px|Landsburqun ölümünə səbəb olmuş püskürmə. Landsburq 13 noyabr 1931-ci ildə ABŞ-nin Vaşinqton ştatının Sietl şəhərində anadan olmuşdur. Püskürmə baş verən vaxt Oreqon ştatının Portlend şəhərində yaşayırdı.

Püskürməyə həftələr qala Landsburq vulkandakı dəyişiklikləri çəkmək üçün oranı ziyarət edirdi.Bunce, Vincent (2000). "Restless Planet: Volcanoes", p.44. Raintree Steck-Vaughn Publishers, Austin. . 18 may gününün səhərində o, zirvədən sadəcə bir neçə mil uzaqlıqda olarkən vulkan qəflətən püskürür. Artıq xilas ola bilməyəcəyini görən Landsburq sakitcə ona yaxınlaşan kül buludunun şəkillərini çəkir. Daha sonra filmi öz qabına qoyur, kamerasını çantasına yerləşdirir və çəkdiklərini qorumaq üçün çantasının üzərində uzanır.Robert Coenraads (2006). "Natural Disasters and How We Cope", p.50. Millennium House, . 17 gün sonra küllərin altında Landsburqun cəsədini və çantasını tapırlar.

Landsburq Sent-Helens Dağı Memorial Məzarlığında dəfn olunmuşdur. Landsburqun çəkdikləri geoloqlar üçün püskürmə haqqında dəyərli məlumatlar vermişdir.

İstinadlar

Xarici keçidlər

National Geographic hesabatı Landsburqun son çəkdiyi şəkillər

Kateqoriya:ABŞ fotoqrafları Kateqoriya:Vaşinqtonda vəfat edənlər Kateqoriya:Təbii fəlakətlərə görə ölənlər Kateqoriya:XX əsr fotoqrafları