Mak-Klintok adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 521 m. Zirvə adanın mərkəzində yerləşir. Sahəsi 612 km²-dir.

Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Dillon burnunu göstərmək olar. Burada qədim tikilinin qalıqları və astronomik məntəqə vardır.

Ada gölə sahib olmasa da kiçik axarları vardır.

Ada irlandiyalı qütb araşdırmaşısı Frensis Leopold Mak-Klintokun () şərəfinə adlandırılmışdır.

Buzlaqları Ada ərazisi buzla örtülüdür. Ən böyük buzlağı Simondur.

Yerləşdiyi akvatoriya Adanın sahillərini Barens dənizi yuyur.

Boğazlar Aderder boğazı — Mak-Klintok adasını qərbdən Breydi adasından ayırır. Neqri boğazı — ensiz boğaz adanı şərqdən Qallya adasından ayırır.

Mak-Klintok adasının burunları Dillon burnu — adanın qərb nöqtəsi. Karpin burnu Qrili burnu Koplend burnu — ucqar şimal nöqtəsi Berqen burnu Bryunn burnu Oppolser burnu

Yaxınlığında yerləşən adalar Kiçik adalar Lyuriki adaları Oqord adası Borisyak adaları İri adalar Alcer adası Breydi adası Hall adası

Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Barens dənizinin yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları