Şelkunçik və dörd aləm () — Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı və Pyotr Çaykovskinin "Şelkunçik" baleti əsasında çəkilmiş və 2018-ci ildə çıxarılması gözlənilən ABŞ filmi. Film, Aşli Pauell tərəfindən yazılmış ssenari əsasında Lasse Hallström tərəfindən çəkilmişdir. Filmdə Makkenzi Foy, Kira Naytli,Helen Mirren və Morqan Friman rol almışdır. Filmin Walt Disney Pictures tərəfindən 2 noyabr 2018-ci ildə çıxarılması planlaşdırılır.
İstehsal
Layihə haqqında ilk dəfə 4 mart 2016-cı ildə məlumat verilmiş və bildirilmişdir ki, klassik nağılların ekranlaşdırılması layihəsi çərçivəsində Disney Lasse Hallströmun rejissorluğu ilə "Şelkunçik və dörd aləm" adlı film istehsalını planlaşdırır. Filmin ssenarisi Aşli Pauell tərəfindən Ernest Teodor Amadey Hofmanın "Şelkunçik və siçan kral" nağılı əsasında yazılmışdır. 27 iyul 2016-cı ildə Makkenzi Foyun filmdə əsas personaj olan Klara obrazını canlandıracağı elan edilmişdir. ABŞ balerinası Misti Kopelend Instagram hesabı vasitəsiylə layihəyə qoşulduğunu bildirmiş və filmdəki yeganə rəqs səhnəsində əsas balerina rolunu canlandıracağını qeyd etmişdir. 29 iyul 2016-cı ildə "Variety" jurnalı Morqan Frimanın filmn aktyor heyətinə qoşulduğu haqqında xəbər yaymışdır. 16 avqust 2016-cı ildə Kira Naytlinin Şəkər Pərisi rolunu canlandıracağı bildirilmişdir. 25 avqust 2016-cı ildə Helen Mirren də filmin aktyor heyətinə qoşulmuşdur. 21 mart 2017-ci ildə Meksika aktyoru Euxenio Derbez filmdə çəkildiyini təsdiqləmişdir.
Çəkilməsi
Filmin çəkilişlərinə 2016-cı ilin oktyabrında İngiltərənin Cənubi Kensinqton və "Pinewood Studios" film studiyalarında başlanılmış və 2017-ci ilin yanvarında çəkilişlər tamamlanmışdır. 12 dekabr 2017-ci ildə "The Hollywood Reporter" məlumat vermişdir ki, Hallström məşğul olduğuna görə ABŞ rejissoru Co Conson 32 gün davam edən əlvə çəkilişlər aparmışdır. Hallström isə post-prodakşn işləri ilə məşğul olmuşdur.
Çıxarılması
"Şelkunçik və dörd aləm" filminin "Walt Disney Pictures" tərəfindən 2 noyabr 2018-ci ildə 2D, 3D və IMAX 3D formatlarında çıxarılması planlaşdırılır ki, beləliklə də film, Disneyin "Mulan" cizgi filminin kino adaptasiyasını əvəz edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2010-cu illərin fentezi filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin fantastik macəra filmləri Kateqoriya:Şelkunçik və siçan kral əsasında çəkilmiş filmlər Kateqoriya:Ceyms Nyuton Hovardın film musiqiləri Kateqoriya:Pinewood Studios filmləri Kateqoriya:Walt Disney Pictures filmləri Kateqoriya:Filmdə hərəkət tutma Kateqoriya:2018-ci ilin 3D filmləri Kateqoriya:2018-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin müəmma filmləri Kateqoriya:ABŞ-nin milad filmləri Kateqoriya:London haqqında filmlər Kateqoriya:Adaptasiyalara əsaslanan filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:İngilis dilində müəmma filmləri Kateqoriya:İngilis dilində Milad filmləri