Li-Smit adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın dahəsi 55 km²-dir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 309 metr olan buzlaqdır. Ən hündür torpaq zirvəsi isə 163 m-dir. Ada ərazisini böyük hissəsini buzlaq əhatə edir. Buzdan azad bölgə ancaq onun şimalı və cənubunda olan ərazilərdir. Adada axar olmasa da kiçik göllər vardır. Burunları Roze burnu — adanın şimalında yerləşir. Vittenburq burnu — adanın cənub nöqtəsi.

Ətraf akvatoriyası Adanın sahillərini Barens dənizi yuyur. Kral Cəmiyyəti adası ilə su altı dayazlıqla birləşir. Burada dənizin dərinliyi 26 metrdir. Şimal-şərq sahillərində dərinlik 9 metrdir. Buxta və körfəzlərə sahib deyildir.

Boğazları Sidorov boğazı - onu Breydi adasından ayırır. Allen-Yunq boğazı - adanı şimal-şərqdən Pritçett, Zub və Bliss adalarından ayırır. Smitson burnu - adanı qərbdən Quker adsından ayırır. Yaxınlığında yerləşən adalar Kral Cəmiyyəti adası Quker adası Pritçett adası Zub adası Bliss adası Breydi adası

Xəritə Xəritə

Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları