Arzuların ardınca... — tammetrajlı bədii filmi rejissor Ramil Ağasıyev tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Film rejissorun ilk böyük işidir. Əsas rolları Ziya Ağa və Zarina Qurbanova ifa edirlər.

Məzmun Melodram xərçəng xəstəsi olan gəncin həyatının son aylarından bəhs edir. Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil (Ziya Ağa) tənha yaşayır. Bütün həyatını tənhalıqda keçirən və sevginin nə olduğunu bilməyən Kamil mövcudluğunun mənasını yalnız işləməkdə görür. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir. Ölümcül diaqnoz onun bütün taleyi üzərindən xətt çəkir, lakin Kamilin heç ağlına belə gəlməzdi ki, son bir neçə ay onun üçün indiyədək yaşadığı 30 illik ömürdən daha əziz olacaq. Xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin xəstəxanada Arzu (Zarina Qurbanova) ilə görüşü yeni həyatın başlanğıcı olur. Kamil indiyədək məhəbbət kimi qəbul etdiyi hisslərin hamısının yalan olduğunu anlayır. Evli olan Arzu da Kamil kimi ölümcül xəstəliyin caynağında çarpışır. Xəstəxanada Kamillə toqquşan Arzu səhvən Kamilin analizlərini götürüb evinə qayıdır. Xəyalları alt-üst olan Arzu xəstəliyini ərindən gizlətmək qərarına gəlir. İlk görüşdə bir-birini, düşdükləri vəziyyəti anlamağa çalışan gəncləri daha bir xüsusiyyət birləşdirir. Onların həyata keçirmək istədikləri sonsuz arzuları var. Arzu ailəli olduğu üçün görüşdən yayınmaq istəsə də, daxilən arzularını həyata keçirmək istəyir. Kamil Arzunu özünün ömür ağacının sonuncu yarpağı kimi görür. Lakin onları birləşdirən yalnız bir-birlərinə qarşı olan hissləri deyil. Həm Kamilin, həm də Arzunun böyük yaşamaq həvəsi var. Onlar xəstəliklərini unudub xoşbəxt olmağa çalışırlar. Onların ölümcül xəstəlikdən daha güclü ümumi marağı var. Kamil və Arzu ölmədən öncə bir-birinin istəkləri üçün yaşamağa qərar verirlər.

Film haqqında Film rejissorun ilk böyük işidir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Mehman Rəsulov Rejissor: Ramil Ağasıyev Operator: Şahmar Səfəroğlu Prodüser: Rauf Ağasıyev, Asif Rəhimov Rəssam: Elgün Vəliyev Bəstəkar: Emil Murad

Rollarda Ziya Ağa — Kamil Zarina Qurbanova (aktrisa) — Arzu Vaqif Əsədov Asif Rəhimov Aynur Hüseynova Rasim Cəfər

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2015-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçid

Filmi izlə

“Arzuların ardınca”-xərçəng xəstələrinin basmaqəlib sevgisi

Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:2015-ci ilin Azərbaycan filmləri