Dəmir qazan filmi rejissor Kənan MM tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycanda çəkilən ilk absurd komediyadır. Film Azəri Prodakşnda istehsal edilmişdir. Əsas rolları Pərvin Abıyeva, Elsevər Mehdizadə, Nofəl Şahlaroğlu, Vüsal Hacı Qədir ifa edirlər.
Məzmun Dəmir və Qazan dostdurlar. Dəmir universitetdən qovulmuş kimya müəllimidir. Qazan isə qəssabdır və öz kiçik qəssabxanası var. Dəmir mafiya başçısına bahalı maddə söz verir və söz verdiyi vaxta maddəni təhvil verə bilmir. Dəmiri mafiya adamları incidir və buna görə də o dostu Qazandan kömək istəyir. Necəsə işə polis əməkdaşları qarışır. Polisin çantası ilə Dəmirin çantası dəyişik düşür. Dəmir vəziyyətdən çıxmaq istədikcə vəziyyət daha çox pisləşir. Sevda adında polis xanımın köməkliyi ilə dostlar vəziyyətdən çıxırlar.
Filmin üzərində işləyənlər Rejissor: Kənan MM Ssenarist: Ruslan Hüseynov, Elsevər Mehdizadə, Azər Səlimli Operator: Emin Hüseynov Prodüser: Rafael Bağıroğlu Rəssam: Aygün Mahmudova
Rollarda Pərvin Abıyeva — Leytenant Sevda Abıyeva Elsevər Mehdizadə — Qazan Nofəl Şahlaroğlu — Dəmir Vüsal Hacı Qədir — Mətləb Nərgiz Əliyeva — Qırqovul Mətləb Səfərli — rəis Cahangirov Rauf Şahsuvarov — Mətləbin adamı Ramin Şıxəliyev — Qalxan Nadir Məmmədov — polis Həsrət Həsrətov — Leytenant Şərbətov Azər Səlimli — Mətləbin adamı Cavanşir Məhərrəmov — Mətləbin adamı Kənan MM — Sevdanın sevgilisi Rafael Bağıroğlu — Taksi Elməddin Novruzov — Mətləbin adamı Sonaxanım Əliyeva — Qaçış verən qız
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2017-ci ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər Kateqoriya:2007-ci ilin filmləri Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri