2018/2019 UEFA Millətlər Liqası – UEFA Millətlər Liqasının açılış mövsümüdür. UEFA-ya üzv olan federasiyaların 55 kişi milli futbol komandası arasında 2018-ci ilin sentyabr-noyabr aylarında, A diviziyasının 4 qrup qalibi arasında keçirilən final mərhələsi isə 2019-cu ilin 5-9 iyun tarixlərində Portuqaliyada oynandı.
Format UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Buna görə 55 komanda 2017-ci il UEFA milli komandalar sıralamasına görə A diviziyasında 12 komanda, B diviziyasında 12 komanda, C diviziyasında 15 komanda və D diviziyasında 16 komanda olmaqla dörd diviyaya ayrılır.
Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayacaqdır. Oyunlar hər matç həftəsində 2 oyun olmaqla 2018-ci ilin sentyabr, noyabr tarixlərində oynanacaq. Ən yuxarı diviziya olan A diviziyasının qrup birinciləri 2019-cu il 5-9 iyul tarixlərində UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşacaqdır. Final mərhələsi püşkdən sonra bəlli olacaq və 2 yarı final oyunu və son final matçından ibarət olacaq. Ev sahibi ölkə 4 yarı finalist komanda arasından 2018-ci ilin dekabr ayında müəyyənləşdiriləcək.
Bu turnirin maraqlı tərəflərindən biri də komandaların alt diviziyaya düşmə və üst diviziyaya qalxa bilməsidir. B, C, D diviziyasının komandaları bir üst diviziyaya yüksələ bilər. A, B, C diviziyasının komandaları isə bir alt diviziyaya enə bilər. Qruplardakı komanda sayının fərqliliyinə görə C diviziyasının ən pis mübarizə aparan qrup üçüncüsü də D diviziyasına enəcəkdir.
Qrup mərhələsi üçün klassifikasiya qaydaları Qruplarda iki və ya daha çox komandanın xallarının bərabər olması halında sıra ilə aşağıdakı kriteriyalardan istifadə olunur: Komandaların öz aralarında oynadığı oyunlarda qazandıqları xal və ya xallar Komandaların bir-biri ilə keçirdiyi oyunlar arasında top fərqi Komandaların bir-biri ilə keçirdiyi oyunlarda vurulan qol sayı Komandaların bir-biri ilə keçirdiyi oyunlarda atılan səfər qolları 1-4 nömrəli kriteriyaların işlədilməsinə baxmayaraq hələ də bərabərlik pozulmayıbsa,1-4 nömrəli kriteriyalar bir daha işlədilir,və hələ də bərabərlik varsa 6-10 nömrəli kriteriyalar istifadə edilir. Qrupdakı qol fərqi Qrupda vurulan qol sayı Qrupda vurulan səfər qollarının sayı Qrupdakı qələbə sayı Qrupdakı səfər qələbəsi sayı Fair-play xalı (sarı kart 1 xal, qırmızı kart 3 xal, sarı + qırmızı kart 4 xal) 2017-ci il UEFA Milli komandaların reytinq cədvəli
Liqa sıralaması Hər liqa üçün sıralama kriteriyaları: Tutduğu yer Xal Qol fərqi Vurulan qol sayı Səfərdə vurulan qol sayı Qazanılan qələbə sayı Səfərdə qazanılan qələbə sayı Fair-play xalları (sarı kart 1 xal, qırmızı kart 3 xal, sarı + qırmızı kart 4 xal) 2017 UEFA Milli Komandalar reytinqi
Turnirin təqvimi Mərhələ Oyunlar Tarix Qrup mərhələsi 1. oyunlar 6–8 sentyabr 2018 2. oyunlar 9–11 sentabr 2018 3. oyunlar 11–13 oktyabr 2018 4. oyunlar 14–16 oktyabr 2018 5. oyunlar 15–17 noyabr 2018 6. oyunlar 18–20 noyabr 2018 Final mərhələsi Yarı finallar 5–6 iyun 2019 Üçüncülük uğrunda oyun 9 iyun 2019 Final
Komandalar thumb|375px|Hər komandanın hansı diviziyada iştirak etdiyini göstərən xəritə.
A diviziyası Sıra Komanda 1 40,7472 38,6563 38,1234 37,3115 36,2316 36,0767 34,9868 34,4269 32,98210 31,15511 31,13912 29,866B diviziyasıSıra Komanda 13 29,41914 29,26915 29,25816 28,55417 28,48718 28,28619 28,24920 28,20021 27,12722 27,05223 27,02824 26,538C diviziyasıSıra Komanda 25 26,48626 26,05727 25,66228 25,14829 24,93130 24,84731 24,43032 24,20833 23,91234 22,79135 22,09136 20,50137 19,49138 19,44139 18,101D diviziyasıSıra Komanda 40 17,76141 17,07142 16,86843 16,52344 15,84645 15,82146 15,49047 14,23148 13,43149 13,13150 10,95051 10,87052 10,24053 9,95054 8,19055 7,550
A diviziyası
1. qrup
2. qrup
3. qrup
4. qrup
Final mərhələsi
Final mərhələsinin püşkü 3 dekabr 2018-ci ildə İrlandiyanın Dublin şəhərindəki Şelburn Otelində atıldı.
Cədvəl
Yarı Finallar
Üçüncülük oyunu
Final
B diviziyası
1. qrup
2. qrup
3. qrup
4. qrup
C diviziyası
1. qrup
2. qrup
3. qrup
4. qrup
Qrup üçüncüləri
D diviziyası
1. qrup
2. qrup
3. qrup
4. qrup
Bombardirlər + A diviziyasıSıraOyunçuQollar1 Haris Seferoviç52 Romelu Lukaku43 Markus Reşford3 Kristiano Ronaldo Andre Silva Serxio Ramos+ B diviziyasıSıraOyunçuQollar1 Edin Ceko3 Patrik Şik3 Kristian Eriksen2 Denis Çerşyev Emre Akbaba Yevgen Konoplyanka Qaret Beyl+ C diviziyasıSıraOyunçuQollar1 Aleksandar Mitroviç62 Ceyms Forrest53 Adam Salai44 Teemu Pukki3 Stefan Muqoşa+ D diviziyasıSıraOyunçuQollar1 Yura Movsisyan5 Stanislav Draqun3 Georgi Çakvetadze4 Arber Zeneli5 Anton Saroka3 Rene Yonsen Benyamin Kololli Danel Sinani Ezqan Alioski İliya Nestorovski Aleksandar Traykovski Radu Qınsari
Turnir cədvəli Millətlər Liqasının sonunda bilinəcək turnir cədvəli UEFA Avro 2020-nin təsnifat mərhələsindəki qrupların püşkatmasında istifadə olundu. A diviziyası B diviziyası C diviziyası D diviziyası
Pul mükafatı İlkin pul mükafatı məbləği 2018-ci ilin martında açıqlansa da, oktyabrda UEFA bu məbləğin dəyərini artırmağa qərar verdi. Belə ki, turnirdə iştirak edən 55 assosiasiyaya olduğu diviziyadan asılı olaraq pul mükafatı verilir:
A diviziyası: 2,25 milyon € B diviziyası: 1,5 milyon € C diviziyası: 1,125 milyon € D diviziyası: 750000 €
Bundan əlavə, hər qrupun qalibi iştirak etdiyi diviziyadan asılı olaraq daha bir pul mükafatı verilir: A diviziyası: 2,25 milyon € B diviziyası: 1,5 milyon € C diviziyası: 1,125 milyon € D diviziyası: 750000 €
Belə çıxır ki, A diviziyasında qrup qalibləri toplam 4,5 milyon, B diviziyasında 3 milyon, C diviziyasında 2,25 milyon, D diviziyasındakılar isə 1,5 milyon avronun sahibi olur.
Finallarda iştirak edən klublar üçün tutduqları yerlərə görə yenə pul verilir: Çempion: 6 milyon € İkinci yer: 4,5 milyon € Üçüncü yer: 3,5 milyon € Dördüncü yer: 2,5 milyon €
Yekunda turnirin qalibi olan komanda toplam 10,5 milyon avronun sahibi olur.
İstinadlar
Kateqoriya:UEFA Millətlər Liqası 2018/2019 Kateqoriya:UEFA Millətlər Liqası mövsümləri Kateqoriya:2018/2019 mövsümündə Avropada futbol