"Stalinin ölümü" () — 2017-ci ildə Armando İanuççinin rejissorluğu ilə çəkilmiş Böyük Britaniya-Fransa filmi. Filmdə 1953-cü ildə İosif Stalinin ölümündən sonra SSRİ-də başlamış hakimiyyət uğrunda mübarizədən bəhs edilir. Film "Stalinin ölümü" () adlı fransız dilli qrafik romana əsaslanmışdır.
Film, 20 oktyabr 2017-ci ildə "eOne Films" tərəfindən Böyük Britaniyada, 9 mart 2018-ci ildə "IFC Films" tərəfindən ABŞ-da çıxarılmışdır. "Stalinin ölümü" 2017 Toronto Beynəlxalq Film Festivalının platforma hissəsində nümayiş etdirilmişdir.
Qadağalar Rusiyada qadağan edilməsi Filmə qapalı baxış keçirən Rusiya Mədəniyyət Nazirliyi yanında ictimai şura "Stalinin ölümü" satirik filminin heç bir tarixi və mədəni dəyər daşımadığı, əksinə SSRİ simvolikasını — himn, orden, medallar — təhqir etdiyini əsas gətirərək, Mədəniyyət Naziri Vladimir Medinskiyə filmin ölkədə yayımlanmasına icazə verməmək üçün müraciət ünvanlamışlar. Bundan sonra filmin Rusiya Federasiyasında yaymlanması qadağan edilmişdir.
Azərbaycanda qadağan edilməsi və yayımlanması
"Stalinin ölümü"nün Rudiyada qadağan edilməsindən sonra, filmin Rusiya, MDB ölkələri və Baltikyanı ölkələrdə eksklüziv yayım hüququna malik olan "Volqa" () şirkəti "Stalinin ölümü" filmini satışdan çıxarmağa məcbur olmuşdur. Azərbaycan distribütorları, Rusiya Mədəniyyət Nazirliyinin verdiyi qərarla faktiki olaraq, filmin həm də Azərbaycanda yayımlanmasının qadağan edildiyini bildirirlər. "CinemaPlus" kinoteatrlar şəbəkəsinin "28 Cinema" kinoteatrının əməkdaşları bildirirlər ki, "Rusiya şirkəti filmin Azərbaycanda, eləcə də digər MDB ölkələrində eksklüziv yayım hüququnu əldə etdiyinə görə , biz filmi ancaq həmin şirkətdən ala bilərdik." Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzoyeva isə deyir ki, "RF Mədəniyyət Nazirliyinin "Stalinin ölümü" filminin yayımına qoyduğu qadağa, onun Azərbaycan da daxil olmaqla, bütün MBD ərazisində yayımının qarşısının alınmasına gətirib çıxarmışdır." 10 fevral 2018-ci ildə "CinemaPlus" kinoteatrlar şəbəkəsi 15 fevraldan "Stalinin ölümü" filminin Azərbaycanda yayımına başlayacağı haqqında Instagram heabında elan yaymışdır. Lakin, 15 fevral 2018-ci ildə filmin Azərbaycanda nümayişi yenidən təxirə salınmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Nalbənd bildirib ki, "Stalinin ölümü" filmi ilə bağlı nazirliyə müraciət olunmayıb: "Distribütorlar özləri də bilirlər ki, bu filmlə bağlı müəyyən problemlər var. Əvvəlcə "Stalinin ölümü"nün bir sıra xarici ölkələrdə yayımlanmasına icazə verilsə də, sonradan filmin ərizə forması geri çağırıldı və bununla bağlı cinayət işi açıldı. Belə qənaətə gəldilər ki, ekspertlər o filmə baxmalı və yenidən rəy verməlidirlər. Bunu bildikləri üçün bizə həmin filmlə bağlı heç bir sənəd təqdim etməyiblər. Yəni film Azərbaycanda qeydiyyatdan keçməyib. Bu da o deməkdir ki, "Stalinin ölümü" filminin ölkəmizdə nümayişinə razılıq verilməyib".
"CinemaPlus"un direktoru Cəfər Axundzadə Meydan TV-yə deyib ki, onlar filmin Azərbaycanda nümayişi üçün bütün qanuni imkanlardan istifadə ediblər. Filmin Azərbaycanda nümayişi üçün müqaviləsi var, bütün sənədlər toplanıb yayım icazəsi alınması üçün nazirliyə təqdim edilib. Amma icazə verilmədi:
11 mart 2018-ci ildən "ParkCinema" kinoteatrlar şəbəkəsi Azərbaycanda "Stalinin ölümü" filminin nümayişinə başlamışdır. 13 mart 2018-ci ildə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin "Stalinin ölümü" filmini yayımlayacağı haqqında xəbər verilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2017-ci ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Qara yumor filmləri Kateqoriya:Birləşmiş Krallığın komediya filmləri Kateqoriya:İosif Stalin haqqında filmlər Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:2017-ci ilin Fransa filmləri Kateqoriya:İngiliscə qara yumor filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:2010-cu illərin siyasi filmləri Kateqoriya:Moskvada çəkilən filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Komikslərə əsaslanan bədii filmlər Kateqoriya:2017-ci ilin ingilis dilli filmləri Kateqoriya:Zorlama haqqında filmlər Kateqoriya:2017-ci ilin müstəqil filmləri Kateqoriya:Siyasətçilər haqqında bioqrafik filmlər Kateqoriya:Fransanın komediya filmləri