Tağı Kərbəlayı Ağa Əli oğlu Nağıyev () — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri.
Siyasi fəaliyyəti 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur.Oruclu M. Müsavat Partiyasının fəaliyyəti. "Müsavat" jurnalı, B., 1995, № 3 (7), s. 65 Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:"Азербайджан" qəzeti. 1919, N111.
1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağıyev də var idi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Bakı Şəhər İctimai Özünüidarəsinin üzvləri Kateqoriya:Bakı Şəhər Dumasının X çağırış üzvləri