Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino"Juan M. Ossio. Los Indios del Perú – Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpaka və lama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin ictimai həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərin və qanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdiМилослав Стингл. Государство инков. Слава и смерть "сыновей Солнца". — М.: Прогресс, 1986, страница 188. və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdiCarlos Radicati di Primeglio, Gary Urton. Estudios sobre los quipus. Lima, UNMSM, 2006 год, страница 100..

Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən KaralShady Solís, Ruth Martha. La ciudad sagrada de Caral-Supe en los albores de la civilización en el Perú (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyəPerú. Descubren quipu con más de 4500 años de antigüedad en Caral təsadüf etdiyi müəyyən olunmuşdu. Bu səbəbdən kipu bəşəriyyətin ən qədim (şumer mixi yazıları və misir ieroqliflərindən sonra) yazı növlərindən kimi qəbul edilə bilərUnraveling Khipu’s Secrets. Bu tapıntıdan öncə əldə olan ən qədim kipunun radiokarbon analizi vasitəsilə eramızın 779–981-ci illərə təsadüf etdiyi müəyyən olmuşdu. Bu tarixlər arasındakı belə böyük fasilə hələ də tarixçilər tərəfindən izah edilməyib.

Yazılı mənbələrdə kipu haqda ilk məlumata 1533-cü ildə konkistador Ernando Pisarro tərəfindən yazılmış və kral audiyensiyası üçün Santo-Dominqo şəhərinə göndərilən "Məktubda" rast gəlmək olurПисьмо Эрнандо Писарро Королевской Аудиенции в Санто-Доминго, ноябрь 1533. Konkistador məktubunda yazır:

Ernando Pisarro kipu ilə ilk dəfə Ataualpanın həyatı qarşılığında vəd edilən canpulunun bir hissəsini təşkil etmiş Paçakamak məbədinin xəzinəsini götürmək üçün gedəndə rastlaşmışdı. Məhz o, kipunun gəlirlərin və xərclərin hesablanması üçün istifadə edildiyini qeyd etmişdi.

1923-cü ildə amerikalı tarixçi Lesli Lelan Lok "The ancient quipu" kitabında inklərin düyün sarmaşıqlarının həqiqətən də yazı növü olduğunu sübut etmişdiLeslie Leland Locke. The ancient quipu, or Peruvian knot record. — New York: The American Museum of Natural History, 1923.. 2006-cı ildə amerikalı araşdırmaçı Qeri Erton (Gary Urton) kipu düyünlərində, daha çox binar sistemə bənzəyən, hansısa şifrə olduğunu aşkar edir; şifrə 27=128 variyasiyaya imkan verirА. Скромницкий. Подборка документов по кипу и юпане инков. Bəşəriyyət tarixində ilk dəfə kipu ikili qeyd kimi mühasibat uçot növünü tətbiq etməyə imkan vermişdiDale Buckmaster (1974). "The Incan Quipu and the Jacobsen Hypothesis". Journal of Accounting Research 12 (1): 178–181..

Kipuların saxlanma yerləri "Quipu Database Project" layihəsiKhipu Database Project çərçivəsində Harvard universitetinin professoru Qeri Erton və həmkarı Kerri Breyzan tərəfindən yaradılan məlumat bazasına istinadən, dünyada Avropadan tutumuş Şimali və Cənubi Amerikayadək 831 dənə kipununQuestioning the Inca Paradox mövcudluğu məlumdur (bunlardan üçdə ikisi rəqəmsal sturktura malik olanlar qismində klassifikasiya edilib). Onların əksəriyyəti And ölkələrinin xaricindəki muzeylərə yerləşdirilib; bəziləri isə öz doğma yerlərində yaradanlarının varislərinin himayəsində bulunur.

Ən böyük kipu kolleksiyası (298 ədəd) Berlinin (Almaniya) "Museum für Völkerkunde" muzeyində saxlanılır. Arxeoloji abidə sayılan Paçakamak (Peru) şəhərində yerləşən "Museo de Pachacamac" və Limanın (Peru) "Museo Nacional de Arqueologia, Antropologia e Historia"Museo Nacional de Arqueologia, Antropologia e Historia muzeylərinin hərəsində 35 kipu saxlanılır. Leymebamba (Peru) şəhərinin "Centro Mallqui"Centro Mallqui 32, Limanın (Peru) "Museo Radicati" məbədində 26, İka (Peru) şəhərinin "Museo de Ica" muzeyində 25 kipu, Puruçuko (Perunun ATE ilçəsi) arxeoloji qazıntılar ərazisində yerləşən "Museo Puruchuco"Museo Puruchuco muzeyində isə 23 kipu saxlanılır.

Yerli sülalə kolleksiyalarındakı kipular layihənin məlumat bazasına yerləşdirilməyib və onların dəqiq sayı məlum deyil. Belə kolleksiyalarıdan biri də (263 ədəd)Университет Висконсин-Мэдисон. Департамент Антропологии. Фрэнк Саломон Rapaz (Peru) kəndinin sakinləri tərəfindən saxlanılır və 1994-cü ildə Medisonun (ABŞ) Viskonsin universitetinin əməkdaşı Frenk Salomon tərəfindən araşdırılıbУниверситет Висконсин-Мэдисон. Департамент Антропологии. Резюме Фрэнка Саломона. Santa-Barbarada (ABŞ) yerləşən Kaliforniya universitetinin antropologiya və arxeologiya bölməsində bir kipu saxlanılır.

Araşdırma mərkəzi Kipu məsələləri ilə bağlı əsas araşdırma mərzkəzi rəhbəri Harvard universitetinin arxeologiya departamentinin professoru Qeri Erton olan "Khipu Database Project" layihəsi sayılır. Kipu haqda məlumat bazasının idarə edilməsi Kerri C. Breyzandadır.

Kipunun saxlanılması problemləri 250px|thumb|right|Lima (Peru) şəhərinin Milli muzeyində sərgilənən kipu

Kipunun saxlanılması eksponatlara daha az zərərlə uzun müddət qalmağa imkan verən metodikanln tədbiqini tələb edir. Muzeylərdə, arxivlərdə və xüsusi kolleksiyalarda kipunu adi tekstil məmulatları kimi saxlayırlar. Kipu zülal materiallara əsaslanan liflərdən hazırlanır: lama və digər dəvəkimilərin yunundan yaxud sellülozadan (pambiqdan). Adətən kipunun sallanan sapları "mənasının məmurlara bələd olduğu müxtəlif rənglərə boyanan mürəkkəb düyünlənmiş sap sistemiBingham Hiram III. Lost City of the Incas, The Story of Machu Picchu and its Builders’. — New York, 1948 год, Duell, Sloan & Pearce." ilə hazırlanırdı. Təbii və ya süni rəngin qorunub-saxlanılması sonadək həll edilməyən problem kimi qalır – rənglər tədricən dəyişib və gələcəkdə liflərə daha çox zərər vura bilər. Rənglər toz və müəyyən boyaların səbəbindən tündləşir. Bağlara bərkidilmiş müxtəlif bəzəkli (məsələn, çanaq) kipulara rast gəlinirdi; və bu qeyri-tekstil materialların saxlanılması əlavə çətinliklər yaradır.

Bütün tekstil material ultrabənövşəyi şüaların mənfi təsirinə məruz qalır. Materialın rəngliliyi və davamlılığı tədricən azalır. Temperatur, nəmişlik və işıqlandırma avtomatik olaraq istilik, havalandırma və ventilyasiya (HVAC) sistemləri ilə idarə olunur. Havanın nisbi rütubəti 60% və ya daha az olmalıdır. Yüksək temperatur kövrəkliyi artıra və kipunun liflərinin xarab olmasın gətirib çıxara bilər. Rütubətin yüksək səviyyədə olması zülalın kipunun materialında qalması üçün arzuolunmayan şəraitə gətirib çıxara bilər. Hər bir parça növünə aid olduğu kimi, sərin, təmiz, quru və qaranlıq məkan ən arzuolunandır. Sərgilərdə kipu üçün həmçinin xüsusi mühit yaradılırConservation Register. Kipunu həşərat və onun sürfələrinin olub-olmamasını yəqin etmək üçün yoxlayırlar.

Asılmış vəziyyətdə kipunun lifləri bir-biri ilə sürtünmədən və ya öz çəkisindən zərər görə bilərPiechota Dennis. Storage Containerization Archaeological Textile Collections. // Journal of the American Institute for Conservation. — 1978 год, vol.18, страницы 10–18. Kipunu horizontal vəziyyətədə panellərdə saxlayırlar. Mümkün turşu zərərindən qorunmaq üçün panelləri turşuluq baxımından neytral olan kağızla örtürlər. Kipunun gücləndirilimiş işlənilməsi gələcək zərər təhlükəsini artırır. Qeri Ertona kipuların kövrək olub-olmaması haqda verilən suala professor belə cavab vermişdi:

Rut Şeydi (perulu arxeoloq), ehtimala görə, təxminən 5 min yaşı olan kipu aşkar edib. Tapıntı yerində olduqca yaxşı qalmış "nazik sütunlara dolanmış qəhvəyi pambıq saplı" kipu və "bir sıra qurbanlıqlar, həmçinin tora bükülmüş müxtəlif ölçüdə müəmmalı lif yumaqları və qədim qamış səbətləri" aşkar edilmişdi. Həmçinin burada tapılan "əsrlər boyunca qəhvəyi çirkli rəng almış yolunmuş və toxum içərən xam pambıq topaları və pambıq saplarından olan yumaq" da yaxşı qalıb. Kipunun və digər eksponatların yaxşı qalmasının səbəbi Karalın quraqlıq iqlimi ilə də bağlı ola bilər.

Kipunun cari durumu İspaniyanın müstəmləkələrə aid sənədlərində təxminən 15 və ya 20 kipu haqda məlumat keçir. Bu zamandək gəlib çıxan və səndələrdə qeyd edilən kipular arasında tənasüb müəyyən edilmədiyi səbəbindən, hesab edilir ki qeyd edilən kipular bizim dövrə gəlib çıxa bilməyib. İspanlar inkləri fəth etdikdən sonra kipu Perudakı dağlıq ərazidə davam edir. Bəzi tarixçilər inanırlar ki, müəyyən kipuları yalnız onların müəllifləri – kipukamayoklar oxuya bilirdilər. Belə olduğu halda, kipunu yazı forması yox, mnemonik avadanlıq hesab etmək olar. Bir çox tarixçi tarixin inka (ispan yox) versiyasını öyrənmək üçün kipuları deşifrə etməyə çalışıblar; çünki bu inklərin keçmişinə başqa prizmadan baxmaq imkanı verəcəkdi.

1994-cü ildə Frenk Salomon (Frank Salomon) kipunun hələ də ictimai həyatın mühüm hissəsi olan Perunun Tupikoça (Tupicocha) kəndində bir araşdırma aparır. 1994-cü ildə bu Kolumbdan öncəki kipunun sahib olduğu strukturlu kipuların yerli idarəetmə orqanları tərəfindən qeydlər aparmaq üçün istifadə edildiyi yeganə kənd idi. Lakin yerli sakinlər öz kipularının inklərin artefaktları ilə hansısa bağlantısı olduğunu təkzib edirdilərSalomon, 2004. 2005-ci ildə Frenk Salomon Perunun Rapas (Rapaz) kəndində bir çox araşdırma aparır. 2009-cu ilin sentyabrın 12-də Perunun Ankaş bölgəsində yerləşən ucqar Kuspun kəndində Qreqoriya "Likuna" Rivera (Gregoria "Licuna" Rivera) adlı kipu tərtib edən qadından müsahibə götürülür. "Son kipukamayok" adlandırırlan bu qadının yalnız kənd sakinləri öldükdə kipu hazırladığı təsbit edilmişdi. Onun nümayiş etdirdiyi kipu bir neçə metr uzunluğuna malik və çoxlu sayda (göründüyü qədər eyni) ilmələr olmaqla ağ və mavi saplardan hazılranmış idi. Bu kipu ayinlər üçün hazırlanırdı: onu kəmər kimi ölmüş insanın belinə dolayırdılar ki, kipu insanı "başqa dünyaya keçərkən ölülər yolunda qorusun". Əgər bu kipunun rənglərinin (ağ və mavi) mənalarını müəyyənləşdirmək üçün Antonio de la Kalançanın siyahısına müraciəe etsək, aydın olur ki, mavi "Mavi göylərdə yaşayan Tanrını", ağ isə "dünyanı" təcəssüm edir və "axirətdə olan göylərdəki aləm" mətni formalaşdırır.

Berlinin "Museum für Völkerkunde" adlı muzeyində saxlanılan ВА42527 nömrəli kipu Amerikanın Kolumbdan öncəki dövrə aid edilir. 2003-cü ildə Harvard Universitetini təsil edən antropoloq və professor Hari Urton (Gary Urton) tərəfindən araşdırılan bu kipu "Z" və "S" formasında səmtlənmiş 4 xüsusi kvadrantdan ibarətdir. Bu kipu ilə şifrələşdirilən məlumatların statistik təhlilini 2012-ci ildə nəşr edilən işindəAlberto Saez-Rodríguez. "An Ethnomathematics Exercise for Analyzing a Khipu Sample from Pachacamac (Perú). Revista Latinoamericana de Etnomatemática". 2012 год. 5(1), страницы 62–88. Alberto Saes Rodriqes (Alberto Sáez-Rodríguez) həyata keçirir.