Okan Yeşilot () — Tarixçidir.
Həyatı 1971, 9 iyulda anadan olan Okan Yeşilot, İbtidai məktəbi Gökcəalıda, orta məktəbi Samsun Ladıq Akpınar Müəllim Liseyində almışdır. Sonradan Mərmərə Universitetinə daxil olmuşdur. Hal-hazırda Mərmərə Universiteti, Tarix fakültəsində çalışır.
Təhsili Mərmərə Universiteti Atatürk Təhsil Fakültəsi Tarix müəllimliyi ixtisasından 1992-ci ildə məzun olmuşdur. 1999-cu ildə magistr təhsilini Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnistitutunda "Hacı Zeynalabidin Tağıyevin həyatı və fəaliyyətləri" adlı tezis yazaraq bitirmişdir. Doktarantura pilləsini, İstanbul Universiteti Sosial Elmlər İnistitutu Ümumi Türk Tarixi bölümündə, "Həsən Məlik Zərdabinin həyatı və fəaliyyətləri" mövzusunda müdafiə etmişdir.
Okan Yeşilot və Azərbaycan 1997-1998-ci illərdə Beynəlxalq Türk-Kazak Əhmət Yasəvi Universitetinin Çimkənd bölümündə təhsil sahəsində çalışdı. Bundan əvvəl isə 1995-1996-cı illər müddətində Bakı Dövlət Universitetində tədqiqatçı kimi çalışmışdır. Xüsusən çarlıq dövrü Azərbaycan tarixi ilə məşğul olan Okan Yeşilot, həmçinin 1991-cii il və ondan sonrakı dövr Azərbaycan tarixi ilə də məşğul olmuşdur. Bu mövzularla bağlı məqalələri 2002-ci ildən Akademik Araşdırmalar jurnalında yayımlanmışdır.
Magistr və doktarantura tezislərini birbaşa Azərbaycanla bağlı mövzular üzərində çalışaraq bitirmişdir. Elmi yaradıcılığının əksər hissəsi Azərbaycanın XIX əsr və daha yeni dövrləri ilə sıx bağlıdır.
Əsərləri Ateş Çemberinde Azerbaycan İstanbul'daki Türkistan Tekkeleri: Ata Yurt ile Ana Yurt Arasındaki Manevi Köprüler ( Çelik Yüksel və Varol Muharrem ilə birlikdə) Türk Dünyasında Sürgün ve Göç Türk-Ermeni İlişkilerinin Yarını Türk Devletleri Birliği Küresel Entegrasyonun Avrasya Modeli İrevan türkleri Bəyannamələri: The Ambassador's reports: "Stateynıy Spisok" in 15-18 centuries, Sankt-Peterburq Tarihi ve Uluslararası İlişkiler Açısından Kırım, İstanbul, Türkiyə Dünden Bugüne Kırım'ın Stratejik Önemi, Muğla, Türkiyə
Bundan əlavə Okan Yeşilot, bir necə kitabın şapında redaktor da olmuşdur: Türk Ermeni İlişkilerinin Yarını Türk Ermeni İlişkilerinin Yarını Hocalı nın Emanetleri Büyümeyen Çocuklar
İstinadlar