Zibbz — Korin Qfeller () və Sti Qfeller (), bir bacı və bir qardaşdan ibarət İsveçrəli duet. Onlar Sürixdən olsalar da, Los-Ancelesdə yaşayırlar. Zibbz "Stones" mahnısı ilə İsveçrəni 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.

Yaranma tarixçəsi

2017-hazırda: Avroviziya Mahnı Müsabiqəsi 2018-ci ilin yanvar ayında İsveçrənin SRG SSR telekanalı İsveçrənin 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda Zibbz duetinin də iştirak edəcəyini təsdiqləmişdir. Kanadalı bəstəkar Laurell Barkerin bəstələdiyi "Stones" mahnısı ilə seçim turunda çıxış edən Zibbz nəticədə qalib gəlmiş və İsveçrəni Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir.

Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Zibbz 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 17-ci səhnə almışdır. Nəticədə duet 86 xalla yarımfinalda 13-cü yeri tutaraq, final mərhələsinə yüksələ bilməmişdir.

Heyət Korin "Ko" Qfeller () — vokal Stefan "Sti" Qfeller () — təbil, dəstək vokal

Diskoqrafiya

Albomlar Albom adı İl Ready? Go! 2013 It Takes a Village 2017

Sinqllar Mahnı adı İl "Www. Ahh!" 2011 "One Shot" 2012 "Wake Up!" 2013 "Neonlights" "Dynamite Blonde" 2014 "Undone" "Run" 2017 "Stones" 2018

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İsveçrə Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:İsveçrə musiqi qrupları Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Musiqi duetləri Kateqoriya:İsveçrənin "Avroviziya" təmsilçiləri Kateqoriya:2008-ci ildə yaranan musiqi qrupları