Kiçik Asiya gürzəsi (lat. Vipera xanthina), gürzələr (Viperidae) fəsiləsindən sürünənlər növü.
Status. Kiçik arealı, dar endemik növdür. Yaşayış yeri. Daşlıq qayalıqlarda, dağ yamaclarında, çınqıllıqlarda və kserofit bitki örtüyü ilə zəngin sahələrdə yaşayır, dəniz səviyyəsindən 1000–2500 m yüksəklikdə rast gəlir. Sayı. Xarakterik yaşayış yerlərində orta hesabla hər hektar sahəyə 4–6 fərd düşür. Qışlama yerlərində bəzən onlarla fərd saymaq olar. Çoxalması. Yumurta-diri doğandır. Avqust-sentyabr aylarında 7–13 bala doğur. Düşmənləri. Məlum deyil. Sayının dəyişilmə səbəbləri. İnsanın təsərrüfat fəaliyyəti, həmçinin tutulması.
Kateqoriya:1849-cu ildə təsvir edilən sürünənlər
Kateqoriya:Qırmızı kitaba düşmüş heyvanlar Kateqoriya:Kiçik Asiya gürzəsi Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa sürünənləri