Yonas Flodaqer Rasmussen (; 28 noyabr 1985, Viborq, Danimarka) və ya sadəcə Rasmussen — Danimarka müğənnisi və aktyoru. O, "Higher Ground" mahnısı ilə Danimarkanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı Rasmussen Danimarkanın Yutlandiya yarımadasında yerləşən Viborq şəhərində anadan olmuşdur. O, hal-hazırda həyat yoldaşı və övladları ilə birlikdə ölkənin Lanqo şəhərində yaşayır. Rasmussen Orhus Universitetində dramaturgiya fakültəsində təhsil almışdır. O, Viborq Mədəniyyət məktəbində və Orhus Teatr Bilikləri tədris mərkəzlərində müəllim olaraq fəaliyyət göstərir.
Musiqi karyerası thumb|left|Rasmussen Avroviziya səhnəsində Rasmussen 80-ci illərdə fəaliyyət göstərən Hair Metal Heröes qrupunun vokalisti olmuşdur. O, eyni zamanda aktyor olaraq da dəfələrlə səhnə almışdır. Rasmussen daha öncə Orhus və Holsterbo şəhərlərində təşkil olunmuş Hekayənin qərb tərəfi, Rent, Səfillər və s. müzikllarda çıxış etmişdir. 2018-ci ilin əvvəlində onun "Higher Ground" mahnısı ilə Danimarkanın DR telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turu olan Dansk Melodi Grand Prix 2018-də iştirak edəcəyi təsdiqlənmişdir. Fevral ayında baş tutan seçim turunda Rasmussen səsvermədə bütün rəqiblərini məğlub edərək, qalib gəlmiş və Danimarkanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Rasmussen 10 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 5-ci səhnə almışdır. Nəticədə ifaçı 204 xalla yarımfinalda 5-ci yeri tutmuş və ölkəsini Avroviziya finalına yüksəltməyə nail olmuşdur. 26 ölkə təmsilçisinin mübarizə apardığı final mərhələsində mahnısını bir daha ifa edən Rasmussen finalda 226 xal toplayaraq, 9-cu yerdə qərarlaşmışdır.
Diskoqrafiya Sinqllar İl Mahnı adı 2018 "Higher Ground" 2019 "Go Beyond"
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Danimarkada doğulanlar Kateqoriya:Danimarka müğənniləri Kateqoriya:2018 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Danimarkanın "Avroviziya" təmsilçiləri