Hidromikalar - minerallar, H3O, OH, H2O ilə zənginləşmiş mikalar: hidrobiotit, hidromuskovit, hidrofloqopit, illit. Hidromikalar tərkib və xassələrinə görə biotit, muskovit və vermikulitin arasında aralıq mövqe tutur. Vermikulitə nisbətən daha yaxşı köpürlər. Gillərin adi komponentləri, dəniz və kontinental çöküntülərin terrigen və autigen minerallarıdır.

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679

Kateqoriya:Materiallar Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Maqneziumun mineralları