() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Təsviri Göyərçin boydadır. Rəngi açıqdır. Beli qonur, qarın tərəfi ağ zolaqlı açıqkürəndir. Yanaqları bozdur. Dişisinin qarın tərəfindəki köndələn zolaqlar qəhvəyi-qonurdur.

Yayılması Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda yalnız Lənkəran düzənliyində (Vel kəndi) nəsil verməsi müəyyən edilib.

Həyat tərzi Hündür ağaclar olan seyrək, işıqlı meşədə və köhnə meyvə bağlarında məskunlaşır. Azərbaycanda öyrənilməyib. Arealının başqa yerlərindən əldə edilmiş məlumata görə gec gəlib, tez köçür. Aprel ayının axırında gəlir, sentyabrda uçub gedir. Ağacda yerdən 5–12 m hündürdə yuva tikir. Mayın axırında 3-4 ədəd yaşıl çalarlı süd kimi ağ yumurta verir. Dişi quş 33-35 gün kürt yatır. Avqustun əvvəlində pərvaz balaları müşahidə olunur. Yemini adətən açıq sahədə yerdən götürür: iri həşərat, sürünənlər, siçanabənzər gəmiricilər, bəzən quş ovlayır.

Sayı Həmişə nadir olub. XX əsrin axırında 5 cüt qeyd edilib. Lakin son 10 ildə 1 dəfə görünüb. Nəslinin kəsilməsi ehtimal olunur.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır, Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilib. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İndoneziya quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Cənub-Şərqi Asiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Avropa quşları