Kim Maqnus (21 iyul 1998) — Cənubi Koreyalı xizək yürüşçüsü. Kim Maqnus Cənubi Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi.
Karyerası Kim Maqnus birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər klassik sprint yarışlarında iştirak etdi. Maqnus 3:22.36 saniyəlik nəticəsi ilə 80 atlet arasında 49-cu yeri tutdu və növbəti mərhələyə vəsiqə qazana bilmədi.
Mənbələr
İstinadlar
Kateqoriya:2018 Qış Olimpiya Oyunlarında xizəkçilər