Mirinda- 1959-cu ildə İspaniyada hazırlanmış portağal dadlı qazlı içki. Adı esperanto dilində 'heyranedici" mənasını verir. Fantanın əsas rəqibi hesab edilir. Digər rəqibləri Britvikin Tanqo və Dr. Pepper şirkətinin Sunkist içkiləridir.

Mirindanın müxtəlif meyvə tamlı variantları mövcuddur. Bunlara portağal, sitrus, qreypfrut, alma, çiyələk, moruq, ananas, nar, banan, limon, hibiskus, quarana, naringi, armud, qarpız, üzüm meyvə tamları daxildir.

Tarixi Mirinda ilk dəfə 1958-ci ildə İspaniyada tanıdılıb, istehsalına isə 1960-cı ildən başlanılıb. İçki qısa müddət ərzində bütün İspaniyaya və Avropaya yayıldı. 1970-ci ildən isə PepsiCo şirkətinin tərkibinə qatıldı.PepsiCo: Produktseite „Mirinda“ PepsiCo buy it in 1970 to its spanish owner. Bundan sonra bütün dünyada yayılmağa başladı. Lakin bu içki ABŞ-də yalnız 2003-cü ildən satışına başlandı.

İstinadlar

Kateqoriya:Qazlı içkilər Kateqoriya:İçki brendləri Kateqoriya:İspaniya mətbəxi