Korokke () — yapon mətbəxinə aid yemək.
Bu yemək növü ət, dəniz məhsulları və ya tərəvəz, un, yumurta, çörək parçaları və yağda qızardılmış əlavə edilən xırçıltılı və kartoflu kroket kimidir. Müstəqil yemək və ya digər yeməklərə əlavə olaraq istifadə olunur, məsələn yapon karrisi, tonkatsu. Çox vaxt bento ilə qoyulur.
Tarixi 1887-ci ildə fransızlar Yaponiyada ilk kroket istehsal etdilər. Bu dövrdə süd emalı texnologiyası Yaponiyada populyar olmadığı üçün kartof püresi ilə korokke istehsal edilməsi düşünülmüşdür. Beləliklə, korokke tezliklə Yaponiya mətbəxinin ayrılmaz tərkib hissəsinə çevrilir.
Növləri Korokkenin müxtəlif növləri vardır. Məsələn: kartof korokkesi, ət korokkesi, tuna korokkesi, tərəvəz korokkesi, karri korokkesi, boranı korokkesi, kremli korokke və s.
Həmçinin bax Kroket Kotlet Şnitsel
Xarici keçidlər
Simple Korokke Recipe Japan Guide - Korokke
İstinadlar
Kateqoriya:Yaponiya mətbəxi Kateqoriya:Ət xörəkləri Kateqoriya:Kartof xörəkləri