Kazımov Tahir Lələkişi oğlu — 90-cı və 2000-ci illərdə "OMON hadisələri", "Oktyabr hadisləri" kimi tarixə düşmüş işlərdə istintaq qrupunun rəhbəri olub. Vaxtilə həbs olunmuş müxalifət nümayəndələrinin istintaqında aparıcı fiqur olub. Ədliyyə general-mayoru, Ali Məhkəmənin hakimi, III dərəcəli dövlət ədliyyə müşaviridir.
Həyatı və təhsili Tahir Kazımov 1957-ci ildə Masallı rayonun Sığıncaq kəndində anadan olub. 1976–81-ci illərdə ADU-nin Hüquq fakültəsində təhsil alıb.
Fəaliyyəti 1981–1986 — Gəncə şəhər, Kəpəz rayon prokurorluğunda müstəntiq, Gəncə şəhər prokurorluğunda baş müstəntiq. 1986–1993 — Gəncə şəhər prokurorunun köməkçisi. 1993–1994 — Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini. 1994–1995 — Azərbaycan Respublikası prokurorluğunda aparıcı prokuror. 1995–1998 — Azərbaycan Respublikası prokurorluğunda idarə rəisinin müavini. 1998–2000 — Səbail rayon prokuroru. 2000–2005 — Azərbaycan Respublikası Prokurorluğunda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi. 2005–2015 — Azərbaycan Respublikası Prokurorluğunun sərəncamında. 2015–2017 — Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının "Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsi"nin müdiri 2017-h/h — 2017-ci il 30 iyun tarixindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Mükafatarı Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 1995-ci il tarixli Fərmanı ilə "Azərbaycan Bayrağı"ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 30 sentyabr 2000-ci il tarixli əmri ilə "Prokurorluğun Fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir.
Ailəsi Ailəlidir, 3 övladı var.
İstinadlar Kateqoriya:Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Kateqoriya:Səbail rayonunun prokurorları Kateqoriya:"Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif olunanlar