Dərbənd xan sarayı — Dərbənd xanlarının sarayı.
Tarixi 1768-ci ildə Quba xanı Fətəli xan tərəfindən Dərbənd qalası Narın-Qala daxilində tikilmiş saray kompleksidir. Bu kompleksə Xan sarayı ilə yanaşı inzibati və hərbi binalar, yardımçı tikililər və ruhanilər üçün yerlər daxil idi. İki mərtəbəli sarayın şərq fasadı şəhərə baxır və qala divarlarına birləşirdi.
Planı Rus general Butkov Xan sarayının təsvirini belə vermişdir:
1789-cu ildə Fətəli xanın ölümündən sonra Dərbəndin idarəsi oğlu Şeyxəli xana keçir. 1796-cı ildə Butkovun təsvirinə əsasən, Xan sarayı tam vəziyyətdə idi. Lakin 1806-cı ildə Rusiya qoşunları Dərbəndi yenidən ələ keçirdikdə şəhər və qala viran bir mənzərə təşkil edirdi. Şeyxəli xanın dövründə bir vaxtlar çiçəklənən şəhər tənəzzülə uğramışdı. 1806-cı il yürüşündə iştirak edən rus zabitlərdən biri yazırdı:
Dərbəndin 1806-cı ildə Rusiyaya birləşdirilməsindən sonra qalada rus qarnizonu yerləşdirildi və Xan sarayı da daxil olmaqla Narın-Qaladakı bir sıra tikililər əsgəri kazarmalara çevrildi. Xan sarayının rus qarnizonunun ehtiyacları üçün yenidən qurulması zamanı (1860-cı illərdən etibarən) divarların əksəriyyəti sökülərək yenidən tikildi və sarayın yalnız bir mühüm fraqmenti qorunub saxlanıldı. Bu sarayın əsas giriş hissəsidir və hazırda sənətkarlıq yarmarkası kimi istifadə olunur. Burada gümüş, bıçaq, zərgərlik və suvenir əşyaları sərgilənir və satılır. Yerli sənətkarlar burada öz mallarını təqdim edir və ustad dərsləri keçirlər.
İstinadlar
Xarici keçidlər Dərbənd Xan Sarayı fotolarda — Derbentmuseum.ru Kateqoriya:Azərbaycan memarlığı Kateqoriya:Azərbaycan sarayları Kateqoriya:Dərbənd abidələri
Kateqoriya:Quba xanlığı Kateqoriya:Azərbaycan monarxlarının iqamətgahları