və ya – 1935-ci ilin oktyabrında Hyoqo prefekturasının Kobe şəhərində açılmış məscid. Yaponiyadakı ilk məsciddir.Penn, M. "Islam in Japan," Harvard Asia Quarterly Vol. 10, No. 1, Winter 2006., retrieved February 26, 2007 Məscid 1928-1935-ci illərdə Kobe İslam Komitəsi tərəfindən yığılmış ianələr hesabına tikilmişdir.Agakhan third was a major contributor and then East Pakistan Prime Minister met Emperor of Japan to discuss the building of a mosque and Emperor was gracious enough to offer a land for its construction.Kobe Mosque Official Website - "History", retrieved February 26, 2007 1943-cü ildə Yaponiya İmperiya donanması tərəfindən müsadirə edilmişdir. Lakin bugünə kimi fəaliyyət göstərməyə davam edir. Məscid Kobenin əcnəbilərin üstünlük təşkil etdiyi Kitano rayonunda yerləşir. Bünövrə və quruluşunun hesabına 1945-ci ildə hava hücumlarına və 1995-ci ildə Böyük Hanşin zəlzələsinə tab gətirə bilmişdir. Məscid bir çox qədim qərb üslubunda tikilmiş tikililərin yerləşdiyi turistik ərazidə yerləşir.
Məscid Yaponiyadakı bir çox Qərb dini tikililərin müəllifi olmuş çex memar Yan Yosef Zvaqrın (1885–1969) layihəsi əsasında ənənəvi hind üslubunda tikilmişdir.
Həmçinin bax Yaponiyada İslam Tokio məscidi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya məscidləri Kateqoriya:Hyoqo prefekturasındakı dini tikililər Kateqoriya:Kobe tikililəri Kateqoriya:1935-ci ildə yarananlar Kateqoriya:Kobenin görməli yerləri Kateqoriya:İslam