Həkimov Mürsəl İsmayıl oğlu () — ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989), Milli azadlıq hərəkatının fəal üzvü (1988-1991), AXCP ağsaqqallar şurasının üzvü, ADPU-nun sabiq dekan müavini, ADPU "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasında rəhbər, SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən). Bir sıra dövlət mükafaları olmuşdur.
Həyatı Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). "Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989). Universitetdə professor kimi "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmi.dir. "Orta əsrlər Azərbaycan aşıq yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1986). Ədəbi-elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Əsərləri dövri mətbuatda, toplu və almanaxlarda çap olunmuşdur. SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kültür Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən).
Mürsəl Həkimovun elmi və pedaqoji fəaliyyəti 100 elm əsərdə öz əksini tapmışdır. Onun 15 irihəcmli monoqrafiyası və kitabları, 4 toplu və almanaxı, həmmüəllif olduğu 3 kitabı çap olunmuşdur.
Mürsəl Həkimov bir neçə namizədlik və iki doktorluq dissertasiyasına rəhbərlik və opponentlik etmişdir.
Əsərləri Azərbaycan şifahi xalq ədəbiyyatından xüsusi kurs. Bakı: APİ nəşriyyatı, 1975, 96 səh. Azərbaycan klassik aşıq yaradıcılığı. Bakı: APİ nəşriyyatı, 1982, 87 səh. Ustad aşıqlar, Bakı: Gənclik, 1983, Azərbaycan aşıq ədəbiyyatı. Bakı: Yazıçı, 1983, 240 səh. Aşıq şerlərinin növləri. Bakı: APİ nəşriyyatı, 1987, 80 səh. Xalqımızın deyimləri və duyumları. Bakı: Maarif, 1988, 390 səh. Bayatılar. Bakı: APİ nəşriyyatı, 1991, 101 səh. Oğuz-tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Bakı: Maarif, 1997, 333 səh. Dədə Qorqud - 1300. Bakı: ADPU nəşri, 2000, 40 səh. Demə Səməd Vurğun gəldi-gedərdi. Bakı: ADPU nəşri, 1998, 83 səh. Azərbaycan aşıq şer şəkilləri və qaynaqları. Bakı: Maarif, 1999, 375 səh. Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 135 səh. Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 333 səh.
Filmoqrafiya Koroğlu (film, 2003)
Xarici keçidlər R.Allahverdiyev. Folklor fədaisi, görkəmli pedaqoq. "Respublika", 14 aprel 2011, səh. 5.
Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan folklorşünasları Kateqoriya:Azərbaycanlı folklorşünaslar Kateqoriya:Azərbaycan Xalq Cəbhəsi üzvləri