Ruslan və Lyudmila () — rejissor Aleksandr Ptuşkonun 1972-ci ildə çəkdiyi sovet bədii filmi.

Məzmunu Filmin baş qəhrəmanı uzun saqqallı sehrbaz Çernomor tərəfindən qaçırılmış nişanlısı Lyudmilanı tapmaq üçün yola çıxan pəhləvan Ruslandır. Bu yolda onu təhlükəli macəralar gözləyir...

Film haqqında Film böyük rus yazıçısı Aleksandr Puşkinin 1820-ci ildə yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilmişdir. Kinokritiklərin fikrincə, film rejissorun yaradıcılığının zirvəsini təşkil edir. Film SSRİ xalq artisti rejissor Aleksandr Ptuşkonun kinoda son işidir. Filmdə Lyudmilanın sehrbaz Çernomorun sarayında olarkən səslənən musiqilərin bir hissəsi görkəmli Azərbaycan müğənnisi Müslüm Maqomayev tərəfindən ifa olunmuşdur.

Xarici keçidlər

Сказка родом из Александрова Ruslan və Lyudmila — 1-ci hissə YouTube saytında Ruslan və Lyudmila — 2-ci hissəYouTube saytında

İstinadlar

Kateqoriya:1972-ci ilin filmləri Kateqoriya:1972-ci ilin SSRİ filmləri Kateqoriya:Aleksandr Ptuşkonun filmləri Kateqoriya:SSRİ nağıl filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Nağıllar əsasında çəkilmiş filmlər Kateqoriya:Rusiya filmləri