Polşada turizmPolşanın top on ən çox səfər edilən bölgələriTripAdvisor. "Top 10 Destinations – Poland" . Travelers' Choice 2013 (Winners). TripAdvisor.ca The world largest travel site. pp. 1 of 10. Retrieved 20 December 2014. Travelers' Choice 2014 Update: 1. Krakow, 2. Warsaw, 3. Wroclaw, 4. Poznan, 5. Bialystok, 6. Sopot, 7. Zakopane, 8. Lodz, 9. Szczecin, 10. Gdynia. 300x300pxKrakov, Vaveldə Vistula çayının sahilində kral sarayı, UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxildir300x300pxVarşava, İçəri şəhər (köhnə şəhər) meydanı, UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxildir300x300pxVrotslav, Köhnə şəhər ratuşası300x300pxQdansk, Baltik dənizi sahilində Qdansk çimərliyi300x300pxPoznan, Beynəlxalq festival (1921-ci ildən bəri), 70 ölkədən çox sərgi iştirakçısı 300x300pxZakopan, "Polşanın qış paytaxtı", Tatra dağlarından görüntü300x300pxŞetsin, Köhnə şəhər300x300pxVrotslav zooloji parkı300x300pxBıdqoş, qırmızı kərpicli Lloyd sarayı və red-brick Lloyd Palace and Brda sahilində marina (liman) 300x300pxKolobrzeq, tarixi işıq evi  Polşa ildən-ilə artan turist sayına görə qlobal turizm bazarında özünəməxsus bir yer tutur. Polşada turizmin ölkə iqtisadiyyatında xüsusi payı var. Polşada ən məşhur turist şəhərlərinə Krakov, Varşava, Qdansk, Vrotslav, Poznan, Şetsin, Lublin, Torun, Zakopan və Osventsimi (tarixi Auşvitz həbs düşərgəsinə görə) misal göstərmək olar. Polşa Ümumdünya Turizm Təşkilatının 2012-ci il sıralamasında ölkəyə gələn turist səfərlərinin sayına görə 17-ci yeri tutmuşdur.Overnight stays in accommodation establishments in 2014 (PDF file, direct download 8.75 MB), Główny Urząd Statystyczny (Central Statistical Office (Poland)), pp. 174–177 / 254. Warsaw 2015.

Polşa, xüsusi ilə 2004-cü ildə Avropa İttifaqına qoşulduqdan sonra turistlər tərəfindən çox səfər edilən ölkəyə çevrilmişdir. Polşada turistləri cəlb edən onun təbiəti, tarixi yerləri və mədəniyyət tədbirləridir. Bunlar hər il milyonlarla turisti ölkəyə gətirir. Turist İnstitutunun verdiyi məlumata görə, 2006-cı ildə ölkəyə 15.7 milyon turist, 2007-ci ildə 15 milyon turist səfər etmişdir.Information about tourism in Poland (in Polish). Source: Instytut Turystyki, 2008. 2012-ci ildə Polşaya 13.5 milyon turist səfər etmişdir (UEFA Avro 2012 üçün gəlib, axşam Polşada qalmayan turistlər bu statistikaya daxil edilməyib). 2013-cü ildə 15.8 milyon, 2016-cı ildə isə 17.5 milyon turist Polşaya səfər etmişdir.

İstinadlar

Kateqoriya:Avropada turizm