Adıgün — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı.
Toponimkası Adıgün- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcücə yazılış forması Adıqen. Mesxet türklərinin məskun olduqları kəndlərdən biri olmuşdur. Əhalisi İkinci Dünya müharibəsi illərində Orta Asiyaya sürgün edilmiş və yerində gürcülər yerləşdirilmişdir. Hazırda Gürcüstanın Adıgen rayonunun mərkəzidir. Qıpçaqların Eti tayfasının adından və türk dillərində kün "tayfa", "el" sözlərindəndir.B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Gürcüstanda Türkmənşəli Toponimlərin İzahlı Lüğəti. Bakı, "Nurlan" 2008
Həmçinin bax Tiflis quberniyası
Xarici keçid yasamal.cls.az
İstinad
Kateqoriya:Tiflis quberniyası Kateqoriya:Tiflis quberniyasının qəzaları