Naciyə Qadınəfəndi () — 34. Osmanlı sultanı II Əbdülhəmidin on üçüncü və son xanımı.
Həyatı Əsl adı Zəliha olan Naciyə xanım əslən gürcü olan ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında Kabasakal Mehmed Paşa tərəfidnən alınaraq Ulduz sarayına gətirilmiş, burada saray tərbiyəsi almışdır. 4 noyabr 1904-cü ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evlənən Naciyə xanım padşahın ən sevimli 2 xanımından biri oldu. 1909-cu ildə ərinin sürgünündən sonra onunla birlikdə Salonikiyə getdi və 1912-ci ildə yenə onunla birlikdə İstanbula qayıtdı. 4 fevral 1924-cü ildə Ərənköydəki villasında vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsindədir.
Övladları Mehmed Abid Əfəndi Səmiyə Sultan (d. 16 yanvar 1908 — ö. 24 yanvar 1909) — 1 yaşında ağciyər iltihabından vəfat etmişdir. Məzarı Yəhya Əfəndi məzarlığındadır.
Mənbə Christopher Buyers. "The Royal Ark – Royal and Ruling Houses of Africa, Asia, Oceania and the Americas". 4dw.net.
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının xanımları