Şakir ağa türbəsi — Bakının Balaxanı qəsəbəsində yerləşən XV əsr memarlıq abidəsi. Abidənin kitabəsində onun 1427-1428-ci illərdə Miriraxur Şakir ağa ibn-mərhum Mürtəzanın sifarişi ilə inşa edildiyi qeyd edilmişdir.

Abidə planda xaçvaridir. Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzbucaqlı 8 ədəd taxça mövcuddur.

Tarixi 270px|thumb|left|Şakir ağa türbəsi və Hacı Şəhla məscidi 1940-cı illərin əvvəllərində Balaxanı qəbiristanlığında yerləşən Şakir ağa türbəsi 1427-1428-ci illərdə tikilib və 1385-86-ci ildə tikilən Hacı Şəhla məscidindən altı metr məsafədə yerləşir. Abidə haqqında bilgilər məhduddur.

İmarətin tağlı giriş qapısının üstündə ərəbcə iki sətirlik kitabə var ki, mətni belə oxunur:

Başqa bir mənbədə deyilir ki, İbrahim Şirvanşahın vəziri 1427-ci ildə oğlunun şərəfinə ucaltdığı Şakir ağa türbəsi xalq arasında İmarət adlandırılır.

Memarlıq xüsusiyyətləri Abidə planda xaçvaridir. Abşeronun daxili quruluşu xaç şəklində olan bir neçə abidə var. Lakin, Azərbaycanda Şakir ağa türbəsi kimi həm daxili, həm də xarici quruluşu xaç şəklində olan ikinci bir abidə yoxdur.

Türbəyə giriş şimal tərəfdən portaldandır. Portalın iç məkanında, hər iki tərəfində oxvari arkaya ilə tamamlanan səkkizgüşəli prizma şəkilli taxçalar yerləşdirilib. Türbənin içində də müxtəlif ölçülü düzbucaqlı 8 ədəd taxça mövcuddur.

Giriş alçaq oxvari tağ ilə tamamlanan qapıdandir. Qapıüstü tağ bütöv bir daşdan yonulub. Daşın üz səthi bitki ornamentilə bəzədilib. Giriş tağ daşının üstündə iki sətirli epiqrafik yazılı daha bir daş yerləşdirilib. Giriş və üstündəki yazı daşı profilli iri daş bloklarla çərçivəyə alınıb.

Mart soyqırımı 1918-ci ilin martında bir sıra Bakı kəndlərinin sakinləri, həmçinin Balaxanının əsasən iri sənayeçiləri, neft mədənləri sahibkarları, ziyalı insanları erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olub. Onlardan bir hissəsi də məhz "Şakir ağa türbəsi"nin divarının qarşısına düzülərək güllələnib. Həmin güllə izləri bugünədək türbənin divarlarında olduğu kimi qalıb.

Həmçinin bax

Hacı Şəhla məscidi

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Şirvanşahlar dövləti Kateqoriya:XIV əsr memarlığı Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:Bakı türbələri Kateqoriya:Balaxanı memarlıq abidələri Kateqoriya:XV əsrdə tamamlanmış tikililər