Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) () — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950).

Həyatı Hüseyn Hümmət oğlu Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir.

1930-cu ildən Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə göndərilmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildə ÜİK(b)P MK yanında Yakov Sverdlov adına Ali Təbliğatçılar Məktəbini bitirmiş və həmin ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin Partiya kadrları şöbəsinin müdiri olmuşdur.

Hüseyn Nəcəfov 1939-cu ildə Azərbaycan LKGİ MK-nin birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.

Hüseyn Nəcəfov 1928-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, müxtəlif illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü və büro üzvlüyünə namizəd olmuşdur. SSRİ Ali Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (1-ci çağırış) və Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir.

Hüseyn Nəcəfov 1967-ci ildə Bakıda vəfat etmişdir.

Təltifləri "Lenin" ordeni — 25 fevral 1946 "Qırmızı əmək bayrağı" ordeni — 27 aprel 1940 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1 fevral 1945 "Qırmızı Ulduz" ordeni — 1945 "Qafqazın müdafiəsinə görə" medalı — 1944 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı

İstinadlar

Xarici keçidlər

Həmçinin bax Naxçıvan rəhbərlərinin siyahısı Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyünə namizədlər Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri