Qaranlıq — "A Class Production"-un istehsalı olan Azərbaycan filmi.
Filmin ssenarisi 2015-ci ildən yazılmağa başlanmış, 2017-ci ildə tamamlanaraq ekranlaşdırılmışdır. Filmin prodüseri Azər Zeynalov, ssenari müəllifi, rejissoru və bəstəkarı Kənan Zeynalovdur. Filmin operator və montaj işi İsmayıl Zeynalova məxsusdur. Filmin çəkilişləri 2017-ci ilin yay aylarında reallaşmışdır.
Məzmun
İki ay əvvəl Fəridi itirən Nuray yeni bir sevgi romanı yazmaq qərarına gəlir. Bunun üçün anasının tanışı — illər öncə müəmmalı şəkildə öldürülmüş Firuzənin gündəliyini oxuyub ondan istifadə etmək istəyir. Nuray gündəliyi oxuyarkən burada bir vərəqin çatmadığını görür. Bu, Nurayda şübhə doğurmağa başlayır. Firuzənin sevgilisi olmuş Fikrətlə görüşüb 34 il ərzində üstü açılmamış bu qaranlıq cinayəti araşdırmağa çalışırlar. Qarşılarına çıxan maneələr qatilin hələ də həyatda olduğundan xəbər verir.
Filmdə rol almış aktyorlar Lalə Hüseynzadə
Ramiz Məlik
Gülşad Baxşıyeva
Murad İsmayıl
Faiq Mirzəyev
Əzizağa Əzizov
Nərmin Hüseynova
Filmin nümayişi Filmin premyerası 18 Aprel 2018-ci ildə keçirilmişdir. Filmin Park Cinema kinoteatrlar şəbəkəsində və Nizami Kino Mərkəzində nümayişinə isə 19 Apreldən başlanılmışdır. Film 2019-cu il 10 Yanvarda YouTube-a yüklənmişdir.
Filmdəki obrazlar
Nuray Tağıyeva
Fikrət
Nailə
Fərid
Firuzə
Arif RəhimliVasif
Könül İzləmə Trailer: https://www.youtube.com/watch?v=F97pbC7C-NA
Film: https://m.youtube.com/watch?v=x0pVJRQ5g68
Kateqoriya:Film musiqiləri