Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri — Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni və Dövlət möhürü.
Cümhuriyyət elan edildiyi gündən (1918, 28 may) dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət verildi. Ən mühüm dövlət rəmzlərindən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Daha sonra isə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himni də qəbul edildi.
Dövlət bayrağı
thumb|250x250px|Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət bayrağı, Gəncə.1918, 21 iyun
1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.
O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan anti-azərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü.
Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".
Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Respublikası sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il iyunun 21-də Dövlət bayrağı haqqında qərar qəbul etdi:Həmin qərara əsasən qırmızı rəngli Dövlət bayrağı üzərində ağ rəngli aypara və səkkizgüşəli ulduz təsvir olunmuşdu. Bu bayraq cüzi fərqlə Osmanlı imperiyasının bayrağına bənzəyirdi və Osmanlı imperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Lakin left|thumb|Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 9 noyabr 1918-ci il iclasındakı protokoldan bayraq haqqında sənəd Daha sonra Azərbaycan bayrağının dəyişməsi sualı qaldırıldı. Yeni layihə üç ideyanı əks etdirməli idi: Türkçülük, İslamçılıq və Müasirlik. Qeyd olunmalıdır ki, ideyaların formalaşmasında filosof Cəmaləddin Əfqaninin təsiri olmuşdu.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I–II cildlər. Bakı, 2005. Əfqani "Milli birlik fəlsəfəsi və din əsl mahiyyəti" və "İslam birliyi" kitablarında, müsəlman xalqlarının tərəqqisi dini konsolidasiya şəraitində, milli birlik və Avropa hökumətçiliyinin mütərəqqi ənənələrini tədqiq etməsi nəticəsində mümkündür. 1914-cü ildə, Cəmaləddin Əfqani kimi Məhəmməd Əmin Rəsulzadə də islamiyyətin və müsəlmanlığın milliyyət deyil, "ümmətçilik" ifadə etdiyini, milliyyətin isə din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qeyd etmişdi.
1918-ci ilin noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin haqqında bayrağı qərar qəbul edildi: thumb|250x250px|Azərbaycan Xalq Cümhuriyyətininüçrəngli dövlət bayrağı. Bakı, 1918, 9 noyabr
Fətəli xan Xoyski öz nitqində ulduzun guşələrinin sayının 1918-ci ildə əski əlifba ilə yazılan Azərbaycan sözünə işarə olduğunu bildirib. Bəzi iddialara görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqilər və türkmənlər) ulduzun 8 guşəsində əks edilib.Encyclopædia Britannica Online, s. v. "flag of Azerbaijan", accessed April 23, 2016, http://www.britannica.com/topic/flag-of-Azerbaijan . Digər fərziyyələr də var. left|thumb|213x213px|1919-cu ildə AXC hökumətinin poçt markası. thumb|268x268px|Əli bəy Hüseynzadə ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci ildə iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı olmuş, Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan Məhəmməd Əmin Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur".(http://files.preslib.az/projects/remz/pdf/remz_bayraq.pdf ) Bayraq. preslib.az.
Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı: Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: Cümhuriyyətin Dövlət bayrağı Aprel işğalı nəticəsində ləğv edilsə də, Azərbaycan xalqının istiqlal mübarizəsində böyük rol oynadı.
1988-ci ildə Milli Azadlıq Hərəkatı başlandıqda üçrəngli bayraq yenidən qaldırıldı. Bununla da Məhəmməd Əmin Rəsulzadənin uzaqgörənliklə dediyi "Bir kərə yüksələn bayraq bir daha enməz" əlamı özünü doğrultdu. Bu tarixi akt Azərbaycan SSR rəhbərliyinin də fəaliyyətinə ciddi təsir göstərdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında Azərbaycan Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu, 1990-cı il noyabrın 29-da "Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında" fərman verildi və 1991-ci il fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiq olundu. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında əsasnamə hazırlandı. Dövlət bayrağı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Konstitusiyanın 23-cü maddəsinin II bəndində göstərilir ki, "Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir".
Dövlət gerbi
left|thumb|225px|Azərbaycan gerbi (İstanbul, "Alaeddin" mətbəəsi) Hər bir gerb müəyyən ölkənin, dövlətin, millətin, şəhərin özünəməxsus milli adət-ənənələrini, dini və mifik görüşlərini, həmçinin tarixi, siyasi-ideoloji və mədəni baxışlarını müxtəlif simvollar vasitəsilə başqalarına – digər xalqlara, millətlərə, dövlətlərə çatdırmağa, bəyan etməyə xidmət edir.
Dövlət gerbinin layihəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət bayrağı ilə birlikdə Dövlət gerbi, Dövlət möhürü və Dövlət himninin rəsmi qaydada qəbul edilməsi sahəsində müəyyən tədbirlər görülmüşdü. Dövlət gerbi və Dövlət möhürü haqqında ilk dəfə 1919-cu il martın 23-də müsabiqə elan olunmuşdu.
Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Qərara əsasən, layihələr həmin il aprelin 20-sinə qədər təqdim olunmalı idi. Çox güman ki, müsabiqəyə təqdim olunmuş layihələr bəyənilməmiş və qəbul edilməmişdir. Buna görə də 1920-ci il yanvarın 30-da Hökumət hərbi ordenlər, milli himn, dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan etmək barədə yenidən qərar çıxarmışdı. Ordenlərin layihəsinə baxılması işi hərbi nazirliyə, himn, gerb və möhür layihələrinə baxılması isə xalq maarifi nazirliyinə tapşırılmışdı. Xalq maarifi nazirliyi bu məqsədlə "Azərbaycan" qəzetində dəfələrlə elan verərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat, ən yaxşı gerb və möhür layihələri üçün isə 25 min manat mükafat müəyyən olunmuşdur. Elanda bildirilirdi ki, müsabiqədə iştirak etmək istəyənlər həmin il mayın 1-nə qədər öz layihələrini məxfi zərflərdə xalq maarifi nazirliyinin dəftərxanasına təqdim etməlidirlər. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da "Azərbaycan" qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himnin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etdi. Müsabiqədə ən yaxşı milli himnin mətni və musiqisi üçün 50 min rubl, gerb və möhürün ən yaxşı təsvirinə görə isə 25 min rubl mükafat təyin edilmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı bu mühüm dövlət tədbirinin başa çatdırılmasına imkan vermədi.
Azərbaycan müstəqilliyini bərpa edəndən (1991, 18 oktyabr) sonra dövlət gerbi haqqında yeni müsabiqə elan olundu. Müsabiqə komissiyasına daxil olan eskizlər Azərbaycan Respublikasının Milli Məclisində geniş müzakirə edildi, lakin onlar qənaətbəxş hesab olunmadı. Buna görə də yuxarıda bəhs olunan gerb layihəsini bərpa etmək qərara alındı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam Rafiq Məmmədov tərəfindən təkmilləşdirildi. 1993-cü il 19 yanvar tarixli konstitusiya qanunu ilə dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi.
Dövlət himni
right|thumb|250x250px|Azərbaycan Xalq Cümhuriyyəti himninin sözləri