Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün Qafqaz və Kiçik Asiyan üçün endemikdir.

Təsviri və yayılması Bədənin uzunluğu 126–150 mm, quyruq uzunluğu 75–80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir.

Yayılması Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, Qusar və Xaçmaz rayonlarında təsadüf olunur. Bəzi məlumatlarda bu növün Girdmançay vadisində yayıldığı göstərilir.

Yaşayış yeri və həyat tərzi Böyük Qafqaz Alp qurşağının qalaqlanmış daşlı ərazilərində yayılmışdır. Qafqaz qar çöl siçanı 850–900 m-dən 3000 m-dək meşə, subalp və alp qurşaqlarının daşlıqlarında, bəzi yerlərdə isə daimi qar xəttinə qədər yayılmışdır. Əsasən gecə aktiv olurlar.

Azalma səbəbi Təbii və antropogen amillər nəticəsində biotopların dəyişkənliyə uğraması bu növün yayıldığı ərazilərdən yaylaq və istirahət yeri kimi istifadə olunması.

Qorunması üçün qəbul edilmiş tədbirlər IUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri qəbul olunmayıb.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Ekologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.

Həmçinin bax Avropa qar çöl siçanı

Kateqoriya:Çöl siçanları Kateqoriya:Siçancıqkimilər

Mənbə AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 198səh, Qafqaz qar siçanı. (2013)

İstinadlar

Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər