thumb|Əlimərdan bəy Topşubaşov "Vahid, bölünməz Rusiya" — Paris Sülh Konfransında sülh danışıqlarının gedişatına təsir edən, yeni yaranmış bir çox dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına mane olan əsas problem.
Arxa plan Rusiyada bolşeviklərin hakimiyyəti ələ almasından sonra bir çox keçmiş çar generalı yeni hökuməti tanımadığını elan etdi. Nəticədə Rusiya vətəndaş müharibəsi başladı. Anton Denikin, Kolçak və s . kimi məşhur generalların başçılıq etdiyi bu müharibə müddətində 1919-cu ildə çar generalları mühüm qələbələr qazandılar. Avropada belə bir təsəvvür yarandı ki, Ağ qvardiyaçılar bolşevik hakimiyyətini devirəcəkdir. Bu səbəbdən də keçmiş Rusiya imperiyası ərazisində yaranmış yeni respublikalara qarşı münasibətlərini dəyişdilər. İngilis komandanı General Tomson Bakıya daxil olarkən bunu öz nitqində açıq-aşkar bildirmişdi:
Lakin artıq 1920-ci ildə generalların bolşeviklərə qarşı uğur qazana bilməyəcəkləri bəlli oldu. Yalnız bundan sonra yeni yaranmış respublikaların tanınma prosesi başlandı.
"Vahid, bölünməz Rusiya" problemindən əziyyət çəkən yeni yaranmış dövlətlərdən biri də Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur. Valter Çandler Əlimərdan bəy Topçubaşova məktubunda açıq-aşkar bildirirdi ki, çar generalları uduzmamış respublikanın tanınma prosesi başlamayacaqdır.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində "Vahid, bölünməz Rusiya" problemi thumb|Admiral Kolçak (oturmuş olan) ingilis generalı ilə birlikdə Vladivastokda.
Omsk hökümətinin Antanta Ali Şurası tərəfindən tanınması Denikin təhlükəsi və Kolçakın fəallaşması ilə müşayiət olunan "Bölünməz Rusiya" ideyası getdikcə müttəfiqlərin siyasətinə sirayət edir və müxtəlif rəng çalarlarında zühur edən rus qüvvələri Versal iclaslarının diplomatik dəstəyini və siyasi etimadını qazanmağa can atırdılar. Mətbuat materiallarından İyunun əvvəllərindən məlum oldu ki, Antanta dövlətlərinin başçıları Yaponiya baş naziri ilə birlikdə may ayının 26-da admiral A.Kolçaka Nota ilə müraciət edib Omsk hökumətini bütün Rusiya hökuməti kimi tanıdıqlarını bildiriblər. Müttəfiqlərin belə mövqeyi 1919-cu ilin yazında admiral Kolçakın Sovet hökumətinə qarşı hərbi uğurları ilə bağlı idi. Parisə toplanmış dövlət başçılarının çoxu Kolçakın, Denikinin və digər ağqvardiyaçı generalların tezliklə qələbə çalacağına, Sovet hakimiyyətinə son qoyacaqlarına ümid bəsləyirdilər. Ona görə də may ayının 20-dən başlayaraq, Dördlər Şurasının iclaslarında Rusiyaya münasibət məsələsi daha fəal müzakirə edilməyə başladı. Mayın 20-də Dördlər Şurasının iclasında Vudro Vilson təklif etdi ki, müxtəlif rus qruplaşmalarına yeni müraciət göndərsinlər. Müraciətin mətninin hazırlanması ingilis nümayəndə heyətinin üzvü Filipp Кerrə tapşırıldı. May ayının 23-də Dördlər Şurası iki dəfə "rus məsələsini" müzakirə etdi. Səhər iclasında qısa fikir mübadiləsi edildi və J.Klemanso bildirdi ki, Yaponiya hökuməti Omsk hökumətini tanımaq barədə müttəfiqlərə müraciət etmək istəyir. Lakin onun fikrincə, müttəfiqlər bu məsələdə təşəbbüsü Yaponiyaya verməməli idilər. İclasda qərara alındı ki, Omsk hökuməti ümumrusiya hökuməti kimi tanınsın. Günorta iclasında F.Kerrin hazırladığı mətn Vilson tərəfindən oxundu və müzakirə edildi. May ayının 26-da bu mətn Klemanso, Lloyd Corc, Orlando, Vilson və Sayondzi tərəfindən imzalanıb nota formasında Kolçaka göndərildi. Notada göstərilirdi ki, bu sənəd müttəfiqlərin və birlik ölkələrinin "rus məsələsində" aydınlıq yaratmaq arzusundan irəli gəlmişdir və onlar Rusiyanın daxili işlərinə müdaxilə etmək fikrindən uzaqdırlar. Müharibə dövründə Rusiyaya ordu göndərilməsini müttəfiqlər Almaniya ilə vuruşmaq və bolşeviklər tərəfindən məhv edilmək təhlükəsi ilə qarşılaşmış Çexoslovakiya korpusunu xilas etmək zərurəti ilə əlaqələndirirdilər. Notada göstərilirdi ki, müttəfiqlər və onlara yaxın olan dövlətlər tezliklə Rusiyada sülhün və əmin-amanlığın bərpa edilməsini arzulayırlar və onlar bu fikirdədirlər ki, rus xalqı qanuni şəkildə seçilmiş Məclisi Müəssisan vasitəsilə öz daxili işlərini qaydaya salacaq, köhnə Rusiyanın hüdudlarında meydana çıxan mübahisəli məsələləri dinc yolla həll edəcək, Millətlər Cəmiyyətinin vasitəçiliyi ilə qonşu dövlətlərlə əlaqələr yaradacaqdır. Müttəfiq dövlətlər Omsk hökumətinə yardım göstərmək üçün bir sıra məsələlərə admiral Kolçakın münasibətini aydınlaşdırmaq istəyirdilər. Həmin məsələlər bunlar idi:Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с. 237–238
Moskva alındıqdan sonra Müəssislər Məclisi çağırılmalıdır; Şəhər duması, zemstvolar və sonra özünüidarə orqanlarına azad seçkilər keçirilməlidir; Admiral Kolçak Rusiyada hər hansı sinfin və zümrənin xüsusi imtiyazını və inqilabın dağıtdığı rejimi bərpa etməyə cəhd göstərməyəcəkdir, bütün rus vətəndaşlarının vətəndaş və dini azadlıqlarına tərəfdar olacaqdır; Finlandiyanın və Polşanın müstəqilliyi tanınacaqdır. Rusiya ilə bu ölkələrin sərhədləri və digər məsələləri sazişlər yolu ilə tənzim etmək mümkün olmasa, onda bu məsələlər Millətlər Cəmiyyəti vasitəçiliyi ilə həll ediləcəkdir; Əgər tezliklə Rusiya ilə Estoniya, Latviya, Litva, Qafqaz və Zakaspi əraziləri arasında qarşılıqlı münasibətlər xoşluqla həll edilməsə, bu məsələ Millətlər Cəmiyyətinin məsləhəti ilə həll ediləcəkdir. Rus hökuməti de fakto mövcud olan bu ərazilərin muxtariyyətini tanımalıdır;Ю.В.Ключников и И.Сабанин. Международная политика новейшего времени. Часть II, с.250 Sülh konfransının Bessarabiyanın rumın hissəsinin gələcək taleyini müəyyən etmək hüququnu tanımalıdır; Rusiyada demokratik əsasda hökumət yaradılan kimi, Rusiya Millətlər Cəmiyyətinə daxil olacaqdır; Admiral Kolçakın rus borcları ilə bağlı 27 noyabr 1918-ci il bəyanatı təsdiq ediləcəkdir.
İyun ayının 4-də admiral Kolçak müttəfiqlərə göndərdiyi cavab məktubunda 26 may notasında irəli sürülən şərtləri qəbul etdiyini bildirirdi. O yazırdı ki, üç Pribaltika, Qafqaz və Zakaspi vilayətlərinə dair mübahisələrin Millətlər Cəmiyyətinə çıxardılması və "milli qrupların" muxtariyyətinin təmin edilməsi mümkündür. İrəli sürülmüş təkliflərə münasibətdə Admiral Kolçakdan qənaətbəxş cavab aldıqdan sonra, iyun ayının 12-də Antanta ölkələrinin Ali Şurası yuxarıda qeyd edilən şərtlər daxilində Omsk hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi.Б.Е.Штейн. "Русский вопрос" на Парижской мирной конференции, с.245 Həmin nota iyun ayının 13-də mətbuatda dərc edildi. Bununla da Parisə öz müstəqilliyini tanıtmaq üçün gəlmiş yeni respublikalar çox ciddi fakt qarşısında qalmış oldular. Beşlər Şurasının dövlət başçıları tərəfindən imzalanmış 12 iyun notası faktiki olaraq, Kolçak hökumətinin Polşa və Finlandiyanı çıxmaq şərti ilə keçmiş Rusiya hüdudlarında tanınması demək idi. Müttəfiq dövlətləri onunla hər cür əlaqəyə girir, öz nümayəndələrini ora göndərir və Omsk hökumətinə hərbi, siyasi, iqtisadi və maliyyə yardımı göstərəcəklərini bildirirdilər. thumb|Anton Denikin
Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin etirazı Müttəfiqlərin Kolçak hökumətini ümumrusiya hökuməti kimi tanımaqlarına qarşı yeni yaranmış respublikaların Parisdəki nümayəndələrindən birinci olaraq, Azərbaycan heyəti etiraz etdi. Bu barədə Dördlər Şurasının iclasları qapalı keçirilsə də, may ayının axırlarında Paris mətbuatı artıq ümumi əhval-ruhiyyəni əks etdirirdi. İnformasiya vasitələrinin məlumatları yaxın vaxtlarda ağqvardiyaçı hökumətlərin müttəfiqlər tərəfindən tanınacağını fikirləşməyə əsas verirdi. Ona görə hələ may ayının 31-də Azərbaycan nümayəndə heyətinin sədri Ə.M.Topçubaşov nümayəndəlik adından bəyanat verib bildirdi ki, admiral Kolçak hökumətinin dağılmış Rusiya imperiyasının bütün ərazisində tanınmasının mümkünlüyü barədə Paris mətbuatının xəbərləri, keçmiş Rusiya ərazisindən ayrılmış yeni respublikalarla yanaşı, Qafqaz Azərbaycanının da ən ciddi şəkildə həyati mənafeyinə toxunur. Müstəqillik uğrunda on minlərlə qurbanlar vermiş Azərbaycan xalqının Rusiyada hər hansı ad altında bərpa edilən və fəaliyyət göstərən hökuməti tanımayacağı bildirilməklə yanaşı, qeyd edilirdi ki, Qafqaz Azərbaycanının ərazisi gələcək Rusiya dövlətinin ərazisinə daxil edilməməlidir.Parisdə Azərbaycan Sülh heyətinin sədri Ə.M.Topçubaşovun Sülh konfransının sədrinə məktubu. 05.06.1919.//ARDA, f.970, s.l, i.143, v.49–50
Bəyanatda irəli sürülən bir sıra fikirlər Azərbaycan nümayəndələrinin iyun ayının 5-də Sülh konfransının sədrinin və Müttəfiq dövlətlərinin Baş nazirlərinin adına göndərilmiş etiraz notasında öz əksini tapdı.Prèsident de la Dèlègation de Paix de la Rèpublique d'Azerbaïdjan Ali Mardan Toptchibacheff — Son Excellence, Monsieur le Prèsident de la Confèrence de la Paix. Le 5 juin I919.//Ministère des Affaires Etrangère de France, Archives Diplomatique, vol. 832, folio 72 Notada Omsk hökumətinin keçmiş Rusiya imperiyasının hüdudlarında tanınmasına etiraz edilir və Azərbaycanın imperiyadan birdəfəlik ayrıldığı təsdiq edilirdi. Notada göstərilirdi ki, Azərbaycan hökuməti öz ərazisini bolşeviklərdən təmizləmək üçün yarım il mübarizə aparmış, mübarizənin gedişində çoxlu qurbanlar vermiş, maddi itkilərə məruz qalmışdır. Orada qeyd edilirdi ki, yüz ilə yaxın tərkibində olduğu Rusiya hökuməti Azərbaycan xalqına yad bir rejim idi və bu rejim xalqın taleyində çox ağır izlər qoymuşdur. Notanın axırında Azərbaycan nümayəndə heyəti bildirirdi:
Digər ölkə nümayəndələrinin etirazları Lakin Kolçak hökumətinin tanınması yalnız Azərbaycan nümayəndələrini deyil, Parisə gəlmiş yeni dövlətlərin əksəriyyətinin nümayəndələrini narahat edirdi. Ona görə də, yeni yaranmış respublikalar müttəfiqlərə və Sülh konfransının sədrinə etiraz notası hazırlamaq üçün birlikdə bir sıra iclaslar keçirdilər. Qərara alındı ki, Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri adından Bəyannamə imzalansın. Bəyannamənin mətni müzakirə edildikdən sonra onu Azərbaycan nümayəndələri adından Ə.Topçubaşov, Estoniya nümayəndələri adından İ.Poska, Gürcüstan nümayəndələri adından N.Çxeidze, Latviya nümayəndələri adından Z.Meerovits, Şimali Qafqaz nümayəndələri adından A.Çermoyev, Belorusiya nümayəndələri adından A.Leşkeviç və Ukrayna nümayəndələri adından Q.Sidorenko imzaladılar. Bəyanatda deyilirdi:Parisdə olan Azərbaycan, Estoniya, Gürcüstan, Latviya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələrinin bəyanatı. 17.06.1919. //ARDA, f.970, s.l, i.143, v.50–51; Papers Realting to the Foreign Relations of the United States. Russia, 1919, p.380–381
Azərbaycan Xalq Cümhuriyyətinin III etiraz notası