VIA 57 Qərb () — Danimarka memarlıq firması “Bjarke Ingels Group” (BIG) dizaynı əsasında Nyu-York şəhərində inşa edilmiş yaşayış binası. Piramida formalı qüllə və ya tetrahedron formalı bina 142 metr hündürlüyə və 5 mərtəbəyə malikdir. Bina, 57-ci küçə, Cəhənnəm mətbəxi, Manhetten, Nyu-York ünvanında yerləşir.Robbie Whelan, "New Face of Design" , The Wall Street Journal, 22 July 2012. Retrieved 14 October 2012. “The New York Times”ın verdiyi məlumata görə, binanın adı şəhərə gətirən Vest-Sayd-Hayvey avtomagistralının məhz binanın yerləşdiyi yerdən keçməsi ilə bağlıdır.

Tarixi

ABŞ investor və sahibkarı Duqlas Darst 2000-ci illərdə Danimarkada olarkən memar Byarke İngels ilə görüşür. 2010-cu ilin fevralında memarın Kopenhagendəki studiyasını ziyarət edən Darst “onun işlərinin əsas heyranedici cəhətinin hər bir dizaynın bir-birindən fərqlənməsi və xırda detalların yerli mühitə uyğunlaşdırılması”nı görür.

2010-cu ilin yazında “Durst Fetner Residential” şirkəti “BIG” şirkətinə Manhettendə yeni yaşayış binası inşa etməyi sifariş edir. W57 adlandırılmış yaşayış binası layihəsinin inkişafı və həyata keçirilməsi üçün 2011-ci ildə “BIG” Nyu-York ofisini açır. 2012-ci ilin ortalarında ofis işçilərinin sayı 50 nəfərə çatır, 2015-ci ildə isə şirkət Nyu-Yorkda 150 nəfəri işə cəlb edir.

“West 57” İngelsin ilk Nyu-York layihəsidir. 709 seksiyalı əyri piramida formalı bina 142 metr hündrlüyə malikdir. Üçbucaqlı struktur Avropa mənşəli perimetr bloku və ənənəvi Manhetten göydələnlərinin qarışımından yaradılmış hibrid hesab edilir."West 57th by BIG - Bjarke Ingels Group" , ArchiTravel, 20 September 2012, Retrieved 14 October 2012. Yaşıl plazaya açılan künc eyvanları olan binadan Hadson-River parkına mənzərə açılmaqla yanaşı həm də ətrafdakı yollardan minimum səs alınması təmin edilmişdir.Kelly Minner, "A BIG New York Debut: West 57th" , Arch Daily, 7 February 2012. Retrieved 14 October 2012. Yaşayış və riteyl hissələr də daxil olmaqla, bina ümumilikdə 80,000 m² əraziyə malikdir.

Binanın şimal fasadında 45 dərəcəlik bucaq altında əyilmiş bir neçə eyvan vardır ki, bu da Kopenhagenin Orestad rayonunda memarın layihəsi əsasında inşa edilmiş “VM Houses” binasını xatırladır.

Digər xüsusiyyətlər

Binanın birinci mərtəbəsində yerləşən səkkiz kinoteatr “Landmark Theatres” tərəfindən idarə olunur.

Mükafatlar

2016 CTBUH Göydələn Mükafatı: Amerikanın ən yaxşı hündür binası 2016 Beynəlxalq Göydələn Mükafatı"Residential Highrise »VIA 57 West« in New York wins the International Highrise Award 2016 ". The International Highrise Award. Retrieved 12 iyul 2018.

İstinadlar

Ədəbiyyat

BIG Architects, Bjarke Ingels Group Projects 2001–2010, Design Media Publishing Ltd, 2011. . Xarici keçidlər

Kateqoriya:Nyu-Yorkun mənzil binaları Kateqoriya:Byarke İngelsin binaları Kateqoriya:Cəhənnəm mətbəxi (Manhetten) Kateqoriya:ABŞ piramidaları Kateqoriya:57-ci küçədəki (Manhetten) göydələnlər Kateqoriya:Manhettendəki yaşayış göydələnləri Kateqoriya:2016-cı ildə tikilmiş yaşayış binaları